ADAU-da qadınların bayramı təbrik edilib

Qadın gözəllik simvolu, səmimiyyət, məhəbbət, ülvilik, zəriflik rəmzi kimi həmişə uca tutulub. Ana kimi bəşəri dəyərlər daşıyan qadın bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli – mənəvi dəyərlərimizin qoruyub, yaşadılmasında müstəsna xidmətlər göstərib.

Bu fikirlər Azərbaycan Dövlət Aqrar Universitetində 8 mart Beynəlxalq qadınlar gününə həsr edilən tədbirdə səsləndirilib. Tələbələrin hazırladığı tədbir maraqla izlənilib.

Əvvəlcə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qadınları təbrik edib. Bildirib ki, universitetimizdə qadınlara böyük diqqət var və tariximizin,  mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz qadınların  adı ilə bağlıdır. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş edib.  Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu zaman – zaman göstərib.

Sonda tələbələrin hazırladığı senariyə uyğun ürəkləri riqqətə gətirən musiqilər səslənib, şerlər ifa olunub. Milli rəqslər isə tədbirə xüsusi rəng qatıb. Beləcə ADAU-da çalışan qadınlar ömrün daha bir sevincini də bu bayram günündə yaşayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.