ADAU-da ödənişsiz təkmilləşdirmə kursları davam edir

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU)“Aqrar sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində aqronomluq, baytarlıq və aqromühəndislik istiqamətləri üzrə ödənişsiz təkmilləşdirmə kurslarıdavam edir.

Etmtv.news xəbər verir ki, proqram çərçivəsində iştirakçılar ADAU-nun Meyvə bağları, Heyvandarlıq kompleksləri, Tədris-təcrübə təsərrüfatı, Heyvan kəsim sexi, Baytarlıq klinikası, Maşın-traktor parkı və Suni mayalanma tədrsi mərkəzində və digər yerlərdə qeyd olunan sahələr üzrə kurslara cəlb olunurlar.

Kurslarda heyvanların bəs­lən­məsi, yetişdirilməsi, cərrahi əməliyyatlar, quşçuluq və digərsahələrdə mü­asir texnologiyaların tətbiqi, elmi-tədqiqat işlərinin aparılması, müasir diaqnostika və müalicə – profilaktika tədbirləri,  bağlarda aqrotexniki qulluq, xəstəlik və zərərvericilərlə mübarizə və s. mövzular iştiraklara praktiki formada çatdırılır.

Qeyd edək ki, təkmilləşdirmə kursları ödənişsizdir. Layihə iştirakçıları universitetin tələbə evində ödənişsiz yaşayış yeri ilə təmin olunublar. Həmçinin kursları müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.