ABŞ-da ADAU və Oklahoma Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyətinin Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumunda iştirak etmək məqsədilə Amerika Birləşmiş Ştatlarında səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə  Oklahoma Dövlət Universiteti (ODU) arasında anlaşma memorandumu imzalanıb.

Müqaviləni ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və ODU-nun Rektoru və Baş vitse-prezidenti Gary Sandefur imzalayıblar.

Memorandumun məqsədi beynəlxalq əməkdaşlığın inkişafı və genişləndirilməsini davam etdirmək məqsədilə hər iki tərəfin bərabərliyi və qarşılıqlı mənfəətinə əsaslanan əməkdaşlıq fəaliyyətlərini həyata keçirməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.