Millət Vəkili! Gözəl səslənir. Bəs o, kimdir? Nə üçün seçilməlidir? Amalı nə olmalıdır? Biz onları dərindən tanıyırıqmı? Onlar millət vəkili adını qazanmaqla cəmiyyətə necə xidmət göstərmək amalında və iqtidarındadırlar?
Bu suallara cavab tapmaq üçün Milli Məclisə növbədənkənar seçkilərə qatılmış bir sıra namizədlərə, demək olar ki, eyni sualları ünvanlamışıq. Hər kəs özü fikirləşdiyi tərzdə suallara cavablar yazır. Növbəti həmsöhbətimiz də bizi maraqlandıran məsələlərə öz fikirlərini bildirməkdən yayınmadı.
Beləliklə… Doğrudan, millət vəkili adını daşıyan insan əslində nəyə və kimə xidmət etməlidir?
Müsahibimiz Azərbaycan KP MK -nın sədri Rauf Qurbanovdur.
– Salam, Rauf müəllim. Hər bir deputatlığa namizəd seçki qabağı kompaniyanı özünəməxsus tərzdə başlayır və sona çatdırır. Bəs Rauf Qurbanov seçkilərə necə qatılıb?
– Respublikada növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə əlaqədar qəbul olunmuş qərar bir qədər gözlənilməz oldu. Biz parlament seçkilərinin vaxtında keçiriləcəyini nəzərə alaraq, 2020 – ci ilin sentyabr ayında Azərbaycan Kommunist Partiyasının növbəti qurultayını keçirməyi planlaşdırırdıq ki, həmin qurultayda da AKP -nin seçkilərdə iştirakı məsələci müəyyənləşəcəkdi. Lakin seçkilərin vaxtından əvvəl təyin olunması 2019 – cu ilin dekabr ayının 15-də AKP MK -nın plenumunun keçirilməsini zəruri etdi və plenum yekdilliklə mənim partiyadan vahid namizəd olaraq seçkilərə də iştirakım barədə qərar gəbul etdi və mən də həmin qərara müvafiq olaraq seçkilərə qatıldım.
– Sizcə, millət vəkili olmaq nə deməkdir?
– Məlumat üçün diqqətinizə çatdırmaq istəyirəm ki, mən 2000-2005 – ci illər Milli Məclisin ikinci çağrış deputatı olmuşam və MM üzvünün hüquq və səlahiyyətlərinin nədən ibarət olduğunu, millət vəkili olmağın məsuliyyətinin nə olduğunu yaxşı bilirəm. Bu sualı mənim deputat olduğum dövrdə mənim seçicilərimə vermək daha yerinə düşərdi ki, onlar sizə Rauf Qurbanovun necə millət vəkili olduğu barədə tam təsəvvür yaratsınlar.
– Gəncənin keçmiş və namizədliyini yenidən irəli sürmüş deputatları arasında, sözün əsl mənasında, millətin elçisi, vəkili olmaq şansını Rauf Qurbanov necə görür?
–Bilirsiniz, hər bir Azərbaycan vətəndaşının Respublikamızın ictimai-siyasi həyatında fəal iştirak etmək, istənilən seçkilərə qatılmaq hüququ var. Lakin, konstitusiya ilə təsbit olunmuş hüquqlardan əlavə insanın özündə də bir daxili məsuliyyət hissi olmalıdır ki, o, ona göstərilən ehtimadı doğrulda biləcəkmi? Beşinci çağrış Milli Məclis deputatları bütövlükdə özləri parlamentdə qərar qəbul etdilər ki, ölkədə gedən islahatlarla ayaqlaşa bilmirlər və keçən dövr ərzində onlara göstərilmiş ehtimadı doğrultmayıblar. Və bununla da əlaqədar onlar ölkə prezidentinə parlamentin buraxılması barədə müraciət etdilər və müraciət də qəbul olundu. Bu da hadisələrin ardıcıllığının məntiqi nəticəsidir. Bütün bunları nəzərə alaraq, mən hesab edirəm ki, nəinki Gəncədən seçilmiş keçmiş deputatlar, ümumilikdə 5-ci çağrış MM deputatlarının hamısı növbədənkənar seçkilərdə yüksək siyasi mədəniyyət nümayış etdirərək, öz namizədliklərini irəli sürməməli idilər. Bu da Azərbaycanda siyasi mədəniyyətin formalaşması yönəmində atılmış addımlardan biri olardı. Çox təəssüf ki, bu baş vermədi.
– Əgər seçilsəniz, həyatımıza hansı yenilikləri gətirməyi planlaşdırırsınız?
– Milli Məclisin deputaı həyata yeniliklər gətirmir. Yenilikləri gətirən ümumilikdə ölkədə aparılan siyasi-iqtisadi islahatlar, yenidən qurma işləri, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına yönəlmiş proqramlar olur. Millət vəkili isə sadəcə xalqın içərisində olmaqla əhalinin qarşılaşdığı problemləri müvafiq orqanlar qarşısında qaldırmaqla, onların həllinə nail olmaq, bürokratik hallara, məmur özbaşınlığına qarşı bir mllət vəkili olaraq öz konstitusiya hüquqlarından istifadə etməlidir.
– Millətin vəkili adını daşımaq üçün özünüzdə hansı cəhətləri, keyfiyyətləri görürsünüz?
– Yuxarıda qismən də olsa bu sualnıza cavab verdim. Bir daha qeyd etmək istəyirəm, mən II çağrış MM deputatı olmuşam bu sualı mənim seçicilərimə ünvanlasaydınız, onlar sizə daha ətraflı və dolğun cavab verərdilər. Mənim özüm haqqında danışmaqdan xoşum gəlməz. Sizə bir sirrimi açım… Həmişə özümə tənqidlə yanaşan, özümdən razı olmayan bir insanam. Ən yaxşı gördüyüm işi belə sonradan fikirləşirəm ki, onu daha yaxşı görə bilərdim. Özümə bu çür yanaşmağım, məni daima öyrənməyə, daha səmərəli işlər görməyə sövq edir.
– Əhali arsında belə bir fikir formalaşıb ki, bundan əvvəl seçilmiş millət vəkilləri artıq xalq arasında öz nüfuzunu itirmişlər. Xalq onları öz vəkili kimi görmək həvəsində olmadığını artıq dilinə gətirməkdən belə çəkinmir. Bu səbəbdən, elə Gəncə şəhərinin əhalisi arasında da belə bir fikir formalaşıb:-Ümumiyyətlə, bizə millət vəkili lazımdırmı? Yeni, həmçinin təkrar seçiləcək deputatlar millət vəkilinin nüfuzunu artırmaq, bu adı sevdirmək üçün hansı addımları atmalıdırlar, hansı işləri, arzuları, fikirləri həyata keçirməlidirlər?
– Bu suala ölkə prezidenti yoldaş İlham Əliyev bu yaxınlarda yerli jurnalistlərə verdiyi müsahibədə çox dəqiq və daha ətraflı münasibət bildirib. O müsahibədən bir neçə diqqət çəkən məqamı sizin nəzərinizə çatdırmaq istəyirəm: ” deputat seçilir, ondan sonra öz dairəsinə heç baş çəkmir, heç maraqlanmır. Ölkəmiz isə yeni islahatlar dövrünə qədəm qoyub, Prezident Administrasiyası, Nazirlər Kabineti, bəzi mərkəzi və yerli icra orqanları artıq struktur islahatlarını başa çatdırıblar, yaxud da ki, bu islahatlar davam etdirilir. Belə olan halda, parlament də kənarda qala bilməz və növbədənkənar parlament seçkilərinin əsas məqsədi ondadır ki, vaxt itirmədən yeni çağırışlara uyğun qanunvericilik bazası formalaşsın və qanunvericilik sahəsində atılan addımlar ümumi islahatlar kursunu dəstəkləsin.”
Daha sonra Prezident yeni seçiləcək deputatlara öz tövsiyyəsini belə ifadə etmişdir: – ” Yeni seçiləcək deputatlara tövsiyəm odur ki, onlar öz dairələrində daha fəal olsunlar, vətəndaşlarla daha sıx təmasda olsunlar ki, seçicilər onları tanısınlar, onlara müraciət etsinlər. Onlar əhalinin mövcud problemləri ilə əlaqədar yerli və mərkəzi orqanlar qarşısında məsələ qaldırsınlar, təkliflər versinlər. Belə olan halda əlbəttə ki, məsələlər və mövcud problemlər daha məqbul formada öz həllini tapa bilər və bu da ictimai nəzarətin bir formasına çevrilər .”
Hesab edirəm ki, bu suala bundan dolğun və ətraflı cavab vermək yersiz olar.
– Millət Vəkili üçün platformanızı açıqlaya bilərsinizmi? Onun məzmunu barədə bir neçə kəlmə, zəhmət olmasa…
– Kommunistlər həmişə zəhmətkeş xalqın, ziyalıların, əmək adamlarının mənafeyi uğrunda mübarizə aparmış və bu gün də aparırlar. Məni yaxından tanıyan insanlar yaxşı bilirlər ki, mən xaraktercə yalandan söz verməyi, bacarmadığım işin arxasınca getməyi xoşlamıram. Əgər seçicilər mənə səs verib parlamentdə təmsil olunmağıma dəstək versələr, mən parlamentdə nəyin ki, Gəncəlilərin, ümumilikdə bütün əmək adamlarının, az təminatlı ailələrin sosial rifah hallarının yaxşılaşdırılması yönümində qanunların qəbul edilməsinə çalışacağam. Fəaliyyətimi quru sözlərlə yox, əməli işimlə göstərəcəyəm və seçicilər məndən əvvəl seçilmiş deputatla mənim fəaliyyətimin fərqini aydın görəcəklər.
24 yanvar 2020 -ci il,
Gəncə şəhəri.
Rauf müəllim tək seçiciləri üçün yox, ümumilikdə bu xalq üçün canın fəda edəsi bir şəxsiyyətdi. Uğurlar arzulayıram Raufun Qurbanova…
Rauf muellimin verilen suallara duzgun cavabi,saf niyyetli ve eqideli bir insan olduqunu gosterir.Heqiqeten de Rauf muellim MM deputat olarken tez tez oz secicileri ile goruwerdi.Bu da onun oz xalqina olan hormetinin bir tezahurudu.Uqurlar.
Fikirlərinizi bəyənirəm və dəstəkciyəm.Sizə bu yarışmada uğurlar arzu edirəm
Rauf muellimin verilen suallara duzgun cavabi,saf niyyetli ve eqideli bir insan olduqunu gosterir.Heqiqeten de Rauf muellim MM deputat olarken tez tez oz secicileri ile goruwerdi.Bu da onun oz xalqina olan hormetinin bir tezahurudu.Uqurlar.
Rauf muellim bu musahibede verilen suallara cox duzgun cavab vermiwdir.Bele ki,bu cavablar onun heqiqeten de boyuk bir insan olduqunu gosterir.Duwunurwm ki,Prezidentimizin apardiqi islahatlar Rauf muellimin ve onun kimi weslerin MM secilmesine werait yaradacaqdir.Buna eminem.Rauf muellime uqurlar Arzu edirem.
Bu gun ele bir cetin zamanda yawayiriq ki,xalqina xidmet etmeyi bacaran insanlara,mutleq Milli Meclisde Deputat kursleri hevale edilmelidir.Deputat olmaq,Xalqin elcisi demekdir.Xalqin sozunu ewitmeyen,demeyen deputatlardan ne gozlemek olar???Tebii ki,ucurum…Azerbaycan Kommunist Partiyasonin sedri Rauf muellim Qurbanova etimad gosterib,Deputatliq kursusune yukseltmek,tebii ki,xalqimizin geleceyi ucun boyuk bir yol olacaqdir.Men Rauf muellim Qurbanovu,texminen 23 ile yaxindir ki,taniyiram.Daniwdigi her bir cumlenin movzusu xalqimizi iwiqli sabaha nece cixara bilerik,ne etmeliyik ki,birliyimiz pozulmasin fikirleri olmuwdur.Xalqimiza ugurlar dileyirem.Inaniram ki,AKP-nin sedri Rauf muellim Qurbanova xalq oz sesini esirgemeyecek ve gelecek gunlerde Rauf muellim Qurbanovun atacagi addimlar sayesinde pewiman olmadiqlarina,sevinecekler.Rauf muellim Qurbanova ugurlar arzulayiram!!!