8 noyabr “Zəfər Günü” və 9 noyabr “Dövlət Bayrağı Günü” nə həsr olunmuş Voleybol turniri keçirilib

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı, şəhərin fiziki tərbiyyə müəllimlərinin təşəbbüsü ilə 8 Noyabr “Zəfər Günü” və 9 noyabr “Dövlət Bayrağı Günü” münasibətilə Nizami diyarının tam orta məktəblərinin fiziki tərbiyə müəllimləri arasında ənənəvi olaraq voleybol yarışı təşkil olunmuşdur.
Gəncə şəhəri 28 nömrəli tam orta məktəbin idman zalında keçirilən, 4 komandadan ibarət voleybol yarışının açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək, tədbir iştirakçılarını 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar təbrik edərək, əlamətdar tarixlərin əhəmiyyətindən danışmış və yarış iştirakçılarına uğurlar arzulamışdır.
Yarışın sonunda qaliblər Gənclər və Baş İdarəsi tərəfindən diplomlarla təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.