51-ci Beynəlxalq Kimya Olimpiadasından iki medal

21-30 iyul 2019-cu il tarixlərində Fransanın paytaxtı Paris şəhərində məktəblilərin 51-ci Beynəlxalq Kimya Olimpiadası (IChO) keçirilib.

Bilik yarışında ölkəmizi təmsil edən şagirdlər yüksək uğura imza atıblar. Belə ki,  Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü respublika liseyinin XI sinif şagirdi Əli Əliyev gümüş, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Fərid Əliyev bürünc medal qazanıb.

Qeyd edək ki, azərbaycanlı məktəblilər iyul ayı ərzində keçirilən beynəlxalq olimpiadalarda nailiyyətlər əldə edərək yarışmanın müxtəlif dərəcəli medallarına layiq görülüblər.

Belə ki, 7-14 iyul tarixlərində İsrailin Təl-Əviv şəhərində 50-ci Beynəlxalq Fizika Olimpiadası keçirilib. 80 ölkədən təxminən 400 şagirdin iştirak etdiyi yarışda Cəlilabad şəhəri Nizami Gəncəvi adına 1 nömrəli məktəb-liseyin XI sinif şagirdi Merac Məmmədov olimpiadanın bürünc medalına layiq görülüb.

11-22 iyul tarixlərində Böyük Britaniyanın Bath şəhərində keçirilən 60-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında da (İMO2019) Azərbaycan məktəbliləri nailiyyət əldə ediblər. 110 ölkədən 621 şagirdin iştirak etdiyi bu olimpiadada Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Ramil Cəbiyev, həmin liseyin  10-cu sinif şagirdi Murad Ağazadə, Xəzər Universitetinin nəzdindəki “Dünya” məktəbinin 11-ci sinif şagirdi Anar Rzayev 3 bürünc medal qazanıb.

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi Ramil Xammədov 14-21 iyul tarixlərində Macarıstanın Szeged şəhərində keçirilən məktəblilərin 30-cu Beynəlxalq Biologiya Olimpiadasında bürünc medal əldə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.