28 May – Respublika günü hər bir soydaşımız üçün milli iftixar günüdür

Goranboy rayon Heydər Əliyev Mərkəzində, Mərkəzi Kitabxana və Tarix-Diyarşünaslıq muzeyinin, birgə təşkilatçılığı ilə 28 May – Respublika günü ilə əlaqədar “28 May – Respublika günü hər bir soydaşımız üçün milli iftixar günüdür” başlıqlı konfrans təşkil edildi.

Tədbiri Heydər Əliyev Mərkəzinin elmi işçisi Şəbnəm Əliyeva açaraq, 28 May – Respublika günü Azərbaycan Xalq Cumhuriyyətinin əsasının qoyulduğu gündür. Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duydugu, arzuların çiçək açdığı bir gündür.

Mərkəzi Kitabxanın Oxu zalının müdiri Sevda Əliyeva, Tarix-Diyarşünaslıq Muzeyinin elmi işçisi Nərmin Vəliyeva məruzə ətrafı çıxışlar etdilər. Sonda Mərkəzin ekskursiyaçısı Mətanət Hüseyova tədbir iştirakçılarını foto stendlərlə tanış etdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.