Xəbər verdiyimiz kimi, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Qomel Şəhər Günü” tədbirlərində iştirak etmək üçün Belarus Respublikasına səfər edib. 13-15 sentyabr 2024-cü il tarixlərində “Qomel Şəhər Günü” tədbirlərində iştirak edən Niyazi Bayramov daha sonra Belarusun paytaxtı Minsk şəhərinə gəlib. O burada Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüb.
Qeyd edək ki, bu il dünya şöhrətli şair Nizami Gəncəvinin anadan olmasının 883 ili tamam olur.
Xatırladaq ki, abidə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamından irəli gələrək hazırlanıb. Abidə Minsk şəhərinin mərkəzi hissələrinin birində – Azərbaycanın Belarusdakı səfirliyinin binası yaxınlığında ucaldılıb.