4-5 may 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə “Bəstəkar və zaman” Respublika elmi konfransı keçirilmişdir.
“Bəstəkar və Zaman” adlı Respublika elmi-praktik konfransı Fikrət Əmirovun anadan olmasının 100 illik yubileyinə həsr olunub.
Sırf musiqişünaslardan ibarət konfransda sənətşünaslıq dissertasiyasina hazırlaşan gənc musiqisunaslar iştirak etmişdir.
Konfransa bəstəkarların yaradıcılığının tarixi mərhələləri, incəsənətin növləri, musiqi mədəniyyəti ilə əlaqələri və digər mövzular barədə məruzələr eşidilib.
Konfransda təqdim olunan çıxışlar klassik muğam ifaçılığından tutmuş müasir bəstəkar yaradıcılığına qədər müxtəlif mövzuları əhatə etmişdir. Bunların içərisində aktual olan sosial-mədəni, musiqi tədrisi, muğam ifaçılıq məsələləri, klassik və müasir bəstəkar əsərlərinin tədqiqi ilə bağlı mövzular üstünlük təşkil etmişdir.
Gəncə şəhər 4 saylı Uşaq Musiqi Məktəbinin direktoru Aynur Şıxıyeva da bu konfransda iştirak etmiş və “Fikrət Əmirovun vokal yaradıcılığının milli xüsusiyyətləri” mövzusunda çıxış etmişdir. O, “Bəstəkar və Zaman” adlı Respublika elmi-praktik konfransında uğurlu çıxışına görə Sertifikatla təltif olunmuşdur.
Gənc alimi əldə etdiyi bu uğur münasibətilə təbrik edirik!