Rejissor Şamil Əliyevin “YARADANLAR” (“CREATORS”) bədii-sənədli filmi Amerika, İspaniya, Rusiya, BƏƏ və Hindistanın müxtəlif beynəlxalq kinofestivallarında 5 dəfə Mükafata layiq görülüb.
1. GOA INTERNATIONAL FILM COMPETITION 2021 – (Goa, INDIA)
AWARD WINNER – BEST WRITER 3rd winner SILVER TROPHY
ƏN YAXŞI SSENARİ – NATİQ RASÜLZADƏ
2. DRAMATICA FILM FESTIVAL 2021 (SPAIN, BARCELONA)
SPEIAL MENTION – XÜSUSİ QEYD – Rejissor Şamil Əliyev
3. American Golden Picture International Film Festival 2022 (USA, Florida)
HONORABLE MENTION – BEST DOCUMENTARY LONG – XÜSUSİ QEYD – Rejissor Şamil Əliyev
4. HALO IMTERNATIONAL FILM FESTIVAL 2022 (RUSSIA – Saints – Petersburg )
HONORABLE MENTION – BEST DOCUMENTARY – XÜSUSİ QEYD – Rejissor Şamil Əliyev
5. INTERNATIONAL FILM AWARDS OF MIDDLE EAST 2022 (Dubai, UAE)
BEST DOCUMENTARY DIRECTOR – SHAMIL ALIYEV
Ən Yaxşı Rejissor – Şamil Əliyev
“Yaradanlar” bədii-sənədli filmi dahi memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığı fonunda XX əsrdə kommunist ideologiyasının Azərbaycan mədəni irsinə, əxlaqına vurduğu amansız zərbənin araşdırılmasından bəhs edir. 1937-ci il repressiyasında onların qohumlarından olan ziyalıların əksəriyyəti məhv edildi.
Mikayıl Hüseynov və Sadıq Dadaşov ömürlərinin bir hissəsini qorxu və mənəvi sıxıntılarla yaşamağa məcbur oldular.
Filmdə o da diqqətə çatdırılır ki, Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə ziyalıları rejimin
təqiblərindən qoruyaraq onların yaşayıb-yaratması üçün qayğısını əsirgəməyib.
COVID-19 pandemiyası ilə əlaqədar müsabiqələrin nəticəsi onlayn formatda elan olunub.
Qeyd edək ki, “Yaradanlar” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnamə” studiyasında 2020-ci ildə istehsal olunub. Filmin ideya müəllifi Azərbaycan Memarlar İttifaqının sədri, Beynəlxalq Memarlar İttifaqının üzvü, professor Elbay Qasımzadə, ssenari müəllifi xalq yazıçısı Natiq Rəsulzadə, operatoru Rüfət Süleymanov, bəstəkarı Azər Əsgərov, rəssamı Lalə Hüseynzadə, prodüseri Nazim Hüseynovdur.