Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy rayon Mərkəzi Kitabxana 21 sentyabr Beynəlxalq Sülh Gününə həsr olunmuş “Qoy həmişə sülh olsun!” adlı tədbir keçirib.
Tədbiri Kitabxananın Metodika və biblioqrafiya şöbəsinin müdiri Təzəgül Abbasova açaraq “Beynəlxalq Sülh Günü”nün yaranma səbəbi haqqında məlumat verdi.
Xidmət şöbəsinin Abonement bölmə müdiri Gülnar Nəcəfova çıxış edərək “Sülh gününün yaranma tarixi” haqqında məlumat verdi.
Mərkəzi Kitabxananın Komplektləşdirmə və Kitabişləmə şöbəsinin biblioqrafı Qəmər Cəfərova çıxış edərək 44 günlük Vətən Müharibənin nəticələrindən danışaraq gənclərin yarımçıq qalmış həyat hekayələrinə təəssüfləndiyini qeyd etdi.
Sistem inzibatçısı Solmaz Məmmədova çıxış edərək şəhidlərin döyüş yolundan danışdı.
Şahməmmədli kənd kitabxana filialının kitabxanaçısı Rəxşəndə Xəlilova çıxış edərək “Biz analar müharibələrin əleyhinəyik, biz ancaq sülh istəyirik” söylədi.
Sonda tədbir iştirakçıları 21 sentyabr Beynəlxalq Sülh Gününə həsr olunmuş kitab sərgisi ilə tanış oldular.