Gəncədə “DAİM YAŞAR ƏDƏBİYYAT” adlı görüş keçirilib

Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsi və Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Oxu zalının əməkdaşı Tərifə Abbasovanın təşkilatçılığı ilə ZOOM proqramı vasitəsilə “DAİM YAŞAR ƏDƏBİYYAT” adlı görüş keçirilib.

Görüşdə dünya şöhrətli detektiv yazıçı, publisist, Azərbaycan Respublikasının xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi, hüquq elmləri doktoru Çingiz Abdullayev, Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin sədri, Türkiyə Avrasiya Yazıçılar Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi şairə-dramaturq Xəzangül Hüseynova, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü, tanınmış teatrşünas-tənqidçi Anar Burcəliyev, Əməkdar mədəniyyət işçisi, şair-dramaturq Sahib İbrahimli, şairə Aləmzar Əlizadə, şairə-publisist, AMEA M.Fizuli adına Əlyazmalar İnstitutunun dissertantı, Bakı Dövlət Universitetinin müəllimi, Elmi-Tibbi Kitabxanada şöbə müdiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü İradə Əlili, Qax rayon MKS-nin direktoru Güllü Əhmədova, şairə Bədirə Həsənqızı Niftəliyeva, şair Eltun Türkel, Qax rayon MKS-nin əməkdaşı Abakarova Sevinc, Gəncə şəhər MKS-nin direktoru Əməkdar mədəniyyət işçisi Elmira Əliyeva, direktor müavini Fəridə Qədimova və digərləri iştirak edirdilər.

Görüşü giriş sozü ilə Mərkəzi Kitabxananın Oxu zalının əməkdaşı Tərifə Abbasova açıb tədbir iştirakçılarını salamlayaraq qeyd etmişdir ki, yazıçılıq ictimai peşə hesab edilsədə, bu peşə sahibinin qələmə aldığı fikirlər cəmiyyətin təfəkkür tərzini formalaşdırır, onların həyat üslubuna təsir göstəririr.

Görüşdə xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək tədbir iştirakçılarını salamlayaraq onlara öz ürək sözlərini yetirmiş və Azərbaycanda PEN klubun yaranmasından danışmışdır. Çingiz Abdullayev çıxışının sonunda AYB Gəncə bölməsinə, Gəncə MKS-nin rəhbərliyinə və tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.

Tədbirdə çıxış edənlər Gəncə ədəbi mühitinin inkişaf mərhələləri və formalaşması istiqamətində uğurlardan, eləcədə, yaradıcılıq uğurlarından söhbət açmış, şairlər şeir parçaları söyləmişlər.

Görüşün məqsədi yazarları bir araya toplamaqla ədəbiyyatımızda yeni janr ənənələri və oxucu münasibəti eləcə də, kitabxanalara onlayn marağın artırılması, həmçinin, yazarlar gününün qeyd edilməsi ilə bağlı olmuşdur.

Sonda maraqlı görüş üçün Gəncə MKS-nin direktoru Elmira Əliyeva və direktor müavini Fəridə Qədimova AYB-nin Gəncə bölməsinə və tədbir iştirakçılarına təşəkkürlərini bildiriblər.

Tərifə Abbasova

Gəncə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.