AzTU-nun tələbəsi Avrasiya çempionu olub

AzTU-nun tələbəsi Avrasiya çempionu olub.

Etmtv. news bildirir ki, 22-23 fevral tarixlərində Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan juboksinq citsu üzrə Avrasiya çempionatı keçirilib. Çempionatda Azərbaycan, Türkiyə, Pakistan, Qazaxstan, Rusiya, İranı təmsil edən idmançılar iştirak edib. Ölkəmizi 55 kq çəki dərəcəsində təmsil edən Azərbaycan Texniki Universitetinin (AzTU) 3-cü kurs tələbəsi Əli Hacıyev bütün rəqiblərinə qalib gəlib. Çempionatın qızıl medalı və kəməri ilə mükafatlandırılan Əli Hacıyev Avrasiya çempionu adını qazanıb.

Rektor Vilayət Vəliyev Əli Hacıyevi və onun məşqçisi Hikmət Mahmudovu qəbul edib. Qələbə münasibətilə təbriklərini çatdıran rektor, qarşıdakı yarışlarda tələbəmizə uğurlar arzulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.