Uzaq Rusiyadan kənd məktəbinə məktub: Atam İsrafil Məmmədovu belə hörmətlə andığınız üçün sizə öz minnətdarlığımı bildirirəm

Şəmkir rayon Qapanlı kənd tam orta məktəb Azərbaycanın ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun adını daşıyır. Bu yaxınlarda Qapanlı kənd məktəbin kollektivi adından redaksiyamıza məktub daxil olmuşdu.
Məktubda gördüyümüz işlərin məktəbin kollektivində qəhrəmanın qızının taleyi barədə yeni yazılarımızın işıq üzü görməsinə maraq yaratdığı vurğulanırdı.
“Biz onunla əlaqə yaratmaq, onunla tez-tez məktublaşmaq istərdik. Qoy hörmətli Qalina xanım bizim sevimli qəhrəmanımız İsrafil Məmmədovu unutmadığımızı, onun adını hörmətlə, daim uca tutduğumuzu, gənc nəslin vətənpərvərlik və hərbi-vətənpərvərlik tərbiyəsini onun və Azərbaycanımızın digər qəhrəman oğullarının timsalında apardığımızı bilsin.”- məktubda bildirilirdi.
Etmtv. news portalı məktəb kollektivinin məktubunu Velikiy Novqorod vilayətində fəaliyyət göstərən Azərbaycan diasporasına ünvanlamış və məktubun Qalina Məmmədovaya çatdırılmasını xahiş etmişdi. Diaspora rəhbəri Elşad Qurbanov bizim xahişimizlə hörmətli Qalinanın qonağı olmuşdur.
Onu da bildirək ki, Şəmkir rayon Qapanlı kənd tam orta məktəbinin bir qrup müəllim və şagirdi adından bizə olan müraciətdə Velikiy Novqorod məktəblərinin biri ilə dostluq əlaqəsi yaradılması üçün vasitəçi olmaq xahişi ilə də müraciət edilib.
-İstərdik məktəbimiz Velikiy Novqorod şəhərinin hansısa bir orta məktəbi ilə dostluq əlaqələri yaratsın. İnanın ki, məktəbimizin kollektivi belə bir dostluğa çox şad olardı. Mümkünsə, təklifimizin Velikiy Novqorod şəhərinin yerli hakimiyyət orqanlarına çatdırılmasında bir vasitəçi olasınız, bu işdə bizə həqiqətən də yaxından köməklik edəsiniz. – məktubda deyilirdi.
Azərbaycan diasporası müraciətin Velikiy Novqorod şəhərinin rəhbərliyinə çatdırılması işində Şəmkir məktəblilərinə dəstək olacağına və bu işdə də onlara lazımi köməkliyin göstəriləcəyinə söz vermişdi.

Etmtv. news-un redaksiyasına yaxın günlərdə bu məsələ ilə bağlı Qapanlı kəndindən növbəti məktub daxil olmuşdur.

– “Şəmkir rayon İsrafil Məmmədov adına Qapanlı kənd tam orta məktəbin kollektivinə bu yaxınlarda Rusiyanın Velikiy Novqorod şəhərindən bir məktub gəlib. Bu məktubun gəlişi bu təhsil ocağının rəhbəri olaraq məni və kollektivimizi çox sevindirdi. Elimizin-yurdumuzun qəhrəman oğlu Azərbaycanın ilk Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovun yeganə sağ qalan yadigarı olan qızı Qailna İsrafilovnadan idi bu məktub. İsrafil Məmmədovun qəhrəmanlıq səlnaməsini araşdıraraq, neçə-neçə əsərlər yazan, onun qızı Qalina İsrafil qızını nə əziyyətlər bahasına axtarıb tapan, bizim salamımızı və məktubumuzu  ona çatdıran siz olmusunuz, Ruhulla müəllim. Bu sizin sayənizdə oldu. Buna görə sizə öz minnətdarlığımızı çatdırır, məktəbimizin kollektivi və şagird kontingenti adından sizə öz təşəkkürümüzü bildiririk. Allah sizing kimi insanları var eləsin, bütün bunlar sizin sayənizdə oldu. İllərdi ki. Qəhrəmanımızın övladları barədə bizim heç bir məlumatımız yox idi. Sizin sayənizdə onlar haqqında məlumat ala bildik. Qalina xanımın tənha yaşaması, yaxınlarının rəhmətə getməsi bizi çox kədərləndirdi.  Çox istərdik. O tənha qalmasın…

Hörmətlə. Tacirə Əliyeva. Şəmkir rayon Qapanlı kənd  tam orta məktəbin direktoru.” – məktubda deyilir.

Qalina Məmmədovanın kənd məktəbinə ünvanladığı həmin məktubu sizə təqdim edirik:

Hörmətli Tacirə müəllimə! Salam!

-“Sizin mənə ünvanladığınız məktubu Velikiy Novqorodun Azərbaycan  diasporasının sədri Elşad Qurbanov çatdırdı.  Məni tez-tez xatırladığınız üçün sizə çox minnətdaram. Sizin və başçılıq etdiyiniz kollektivin şagirdlərinə, ilk azərbaycanlı Sovet İttifaqı qəhrəmanı,Şəmkir rayon Qapanlı kənd tam orta məktəb Azərbaycanın ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun adını daşıyır. Bu yaxınlarda Qapanlı kənd məktəbin kollektivi adından redaksiyamıza məktub daxil olmuşdu.
Məktubda gördüyümüz işlərin məktəbin kollektivində qəhrəmanın qızının taleyi barədə yeni yazılarımızın işıq üzü görməsinə maraq yaratdığı vurğulanırdı.
“Biz onunla əlaqə yaratmaq, onunla tez-tez məktublaşmaq istərdik. Qoy hörmətli Qalina xanım bizim sevimli qəhrəmanımız İsrafil Məmmədovu unutmadığımızı, onun adını hörmətlə, daim uca tutduğumuzu, gənc nəslin vətənpərvərlik və hərbi-vətənpərvərlik tərbiyəsini onun və Azərbaycanımızın digər qəhrəman oğullarının timsalında apardığımızı bilsin.”- məktubda bildirilirdi.
Etmtv. news portalı məktəb kollektivinin məktubunu Velikiy Novqorod vilayətində fəaliyyət göstərən Azərbaycan diasporasına ünvanlamış və məktubun Qalina Məmmədovaya çatdırılmasını xahiş etmişdi. Diaspora rəhbəri Elşad Qurbanov bizim xahişimizlə hörmətli Qalinanın qonağı olmuşdur.
Onu da bildirək ki, Şəmkir rayon Qapanlı kənd tam orta məktəbinin bir qrup müəllim və şagirdi adından bizə olan müraciətdə Velikiy Novqorod məktəblərinin biri ilə dostluq əlaqəsi yaradılması üçün vasitəçi olmaq xahişi ilə də müraciət edilib.
-İstərdik məktəbimiz Velikiy Novqorod şəhərinin hansısa bir orta məktəbi ilə dostluq əlaqələri yaratsın. İnanın ki, məktəbimizin kollektivi belə bir dostluğa çox şad olardı. Mümkünsə, təklifimizin Velikiy Novqorod şəhərinin yerli hakimiyyət orqanlarına çatdırılmasında bir vasitəçi olasınız, bu işdə bizə həqiqətən də yaxından köməklik edəsiniz.-məktubda deyilirdi.
Azərbaycan diasporası müraciətin Velikiy Novqorod şəhərinin rəhbərliyinə çatdırılması işində Şəmkir məktəblilərinə dəstək olacağına və bu işdə də onlara lazımi köməkliyin göstəriləcəyinə söz verdi.böyük təşəkkürümü bildirirəm.

Bir çox qərb siyasətçiləri 1941-1945-ci illər müharibəsinin həqiqətlərini təhrif etməyə, həmin müharibənin qəhrəmanlarını müasir insanlara başqa cür çatdırmağa çalışırlar. Buna görə də hal-hazırda böyüməkdə olan gənc nəsli vətənpərvərlik və hərbi-vətənpərvərlik ruhunda və əsl qəhrəmanların nümunəsində tərbiyə etmək çox vacibdir.

Bu yeni ildə Sizə və başçılıq etdiyiniz məktəbin bütün kollektivinə və şagirdlərinizə aydın səma, sağlamlıq və işlərinizdə uğurlar arzulayıram!

P.S. İndi isə özüm haqqında bir az – bu yanvar ayında mənim 77 yaşım tamam olacaq. Bu yaşa və ötən fevral ayında tibbi əməliyyat olunmağıma baxmayaraq, yenə də özümü yaxşı hiss edirəm.

Mən 45 il ailəmlə birlikdə Latviyada yaşamışam. Həyat yoldaşım – həkim, mən isə mühəndis kimi çalışmışıq. Qızım Yuliya 1968-ci ildə anadan olub. Hal-hazırda oğlu ilə birlikdə İngiltərədə yaşayır.  Oğlum  Vladislav 1976-cı ildə anadan olub, 2008-ci ildə dünyasını dəyişib. Bundan bir il sonra həyat yoldaşım Vladimir 68 yaşında vəfat edib. Tək-tənha qaldığım üçün 2010-cu ildə əvvəllər yaşayıb-böyüdüyüm  Velikiy Novqorod şəhərinə, köçməli oldum. Burada mən əkiz bacım – Svetlana İsrafil qızı Məmmədova ilə yaşayırdım. Çox heyf ki. o da 2016-cı ildə vəfat etdi və mən həyatda həqiqətən də tənha qaldım.

Həyatımı qısaca belə təsvir etməyə çalışdım…

Hörmətlə, Qalina İsrafilovna.”

P.S. Etmtv. news olaraq bu məsələni daim diqqət mərkəzində saxlayırıq. İnanırıq ki,  gördüyümüz işlər bu sahədə  gənc nəslin vətənpərvərlik tərbiyəsinə böyük tövhələr verəcəkdir. Bu işlərin həyata keçirilməsində bizim də  əməyimizin olduğu sevindirici haldır.

One Comment on “Uzaq Rusiyadan kənd məktəbinə məktub: Atam İsrafil Məmmədovu belə hörmətlə andığınız üçün sizə öz minnətdarlığımı bildirirəm”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.