“Əsgərə Məktub Online” layihəsi fəaliyyət göstərir

Döyüşlərdə iştirak edən hərbi qulluqçuların döyüş əzminin daha da artırılması məqsədilə Müdafiə Nazirliyi Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən təbliğat və təşviqat tədbirləri davam etdirilir.

Etmtv. news  xəbər verir ki, bu tədbirlər çərçivəsində “Əsgərə məktub” layihəsi də böyük coşqu ilə davam edir. Ordumuza dəstək olan vətəndaşlarımızın döyüşlərdə iştirak edən şəxsi heyətə ünvanladıqları məktublar hərbi qulluqçularımızda xoş təəssürat yaradır və onlar tərəfindən sevinclə qarşılanır. Hərbi qulluqçular da öz növbəsində xalq-ordu birliyinin təntənəsi olan Ordumuza dəstək kampaniyasında iştirak edən hər kəsə öz təşəkkürlərini çatdırır.

Böyük ruh yüksəkliyinə səbəb olan məktublar təbliğat və təşviqat qrupu tərəfindən sutkanın 24 saatı ərzində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşən hərbi qulluqçularımıza çatdırılır.

P.S. Onu da  əlavə edək ki,“Əsgərə Məktub Online” layihəsi də fəaliyyət göstərməkdədir. Layihəyə  qoşulmaq  istəyənlər  www.veten-ugrunda.az saytına daxil olaraq, online məktub yaza bilərlər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.