Iyunun 3-də Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasovun 70 illik yubileyi ilə bağlı tədbir keçirilib.
Tədbir Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev Ənvər Abbasovun təhsilin inkişafına verdiyi töhfələrlə yanaşı, Azərbaycanda təhsil islahatları, xüsusilə kurikulum sahəsində göstərdiyi xidmətləri xüsusi vurğulayıb. Nazir Ənvər Abbasovu təbrik edərək fəaliyyətində uğurlar arzulayıb.
Təhsil İnstitutunun direktoru Rüfət Əzizov da öz növbəsində Ənvər Abbasovun Azərbaycan pedaqoji fikrinin formalaşmasında və təhsil islahatlarının həyata keçirilməsində əvəzsiz xidmətləri haqqında çıxış edib.
Sonda çıxış edən Ənvər Abbasov tədbirin təşkilatçılığına görə təşəkkürünü ifadə edib.