Əməkdar məşqçi Firuddin Həsənovun xatirəsinə həsr olunmuş Gəncə kuboku turniri keçirilmişdir

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin və Gəncə İdman Liseyinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Əməkdar məşqçisi Firuddin Həsənovun əziz xatirəsinə həsr olunmuş yeniyetmələr arasında Yunan-Roma güləşi idman növü üzrə Gəncə kuboku turniri keçirilmişdir.
Turnirin açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır. Daha sonra Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin idman sektorunun baş məsləhətçisi Elvin Bəşirov, Gəncə İdman Liseyinin direktoru Mehman Allahverdiyev, 1 saylı Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Ramil Qasımov və Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi Elçin Zeynalov çıxış edərək, yarış iştirakçılarına uğurlar arzulamış və belə yarışların keçirilməsinin Yunan-Roma güləşi idman növünün şəhərimizdə inkişaf etməsi üçün böyük əhəmiyyətə malik olduğunu qeyd etmişlər.
Qeyd edək ki, turnirin keçirilməsində əsas məqsəd şəhərimizdə Yunan-Roma güləşi idman növünün inkişaf etdirilməsi və yeniyetmə güləşçilərin zona və respublika yarışlarında şəhərimizin yığma komandasının tərkibində iştirak etmələri üçün seçim xarakteri olmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.