Əlavə yerləşdirmə ilə bağlı suallar “Həftənin sualı”nda

Etmtv. news Təhsil Nazirliyinə istinadən xəbər verir ki, avqustun 29-da saat 16:00-da “Təhsil” televiziyasının “Həftənin sualı” verilişi canlı yayımlanacaq. Verilişdə müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə ilə bağlı ən çox verilən suallar cavablandırılacaq.

Verilişin qonağı Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə olacaq.

Veriliş nazirliyin saytı və “Facebook” sosial şəbəkəsindəki səhifəsi üzərindən canlı yayımlanacaq. İzləyicilər mövzuya uyğun sualları canlı yayım zamanı şərh bölməsində yaza biləcəklər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.