Şəhid məzunu Röyal Cəfərovun xatirəsinə həsr olunmuş “Zəfər yolu” adlı tədbir keçirilib

Gəncə şəhər Təhsil İdarəsinin nəzdində dəaliyyət göstərən orta məktəblərdə şəhid məzunlar ilə bağlı sisilə tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlər şagirdlərdə vətənpərvərlik ruhu aşılamaqla böyüməkdə olan gənc nəslin təlim-tərbiyəsində  böyük önəm daşıyır,  onların vətənpərvər vətəndaş tərbiyəsinə böyük töfhə vermiş olur.
Belə tədbirlərin biri Gəncə şəhəri 18 nömrəli tam orta məktəbin informatika müəllimi Günay Bayramovanın rəhbərliyi altında, məktəbin şəhid məzunu Röyal Cəfərovun xatirəsinə həsr olunmuş “Zəfər yolu” adı altında keçirilib.
Tədbirdə 6_a və 6_c sinif şagirdlərinin iştirakı ilə şəhid Röyal Cəfərovun keçdiyi rəşadətli döyüş yolu, həmçinin Gəncə şəhərinin mənfur düşmən tərəfindən raket atəşinə tutulma səhnəsi canlandırılıb. Tədbirin gedişatında məktəblilər vətənpərvərlik ruhunda şeirlər söyləyib, şəhidlər böyük ehtiramla yad edilib, 44 günlük Vətən müharibəsində ordumuzun keçdiyi Zəfər yolunu əks etdirən videoçarxlar izlənilib.
Tədbirdə müəllim və şagird heyəti ilə bərabər şəhid Röyal Cəfərovun ailəsi, qonaq qismində Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının ideologiya şöbəsinin müdiri professor Hüseyn Budaqov, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının məsləhətçisi Anya Süleymanova və Gəncə Şəhər Təhsil İdarəsinin metodisti  Kifayət Qurbanova iştirak edib.
Təbdir maraqlı anlarla yadda qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.