(Şəhid Rəşad Mahmudova həsr olunur.)
1988-ci ildən başlıyan işğalçı ermənistanın Azərbaycana qarşı irəli sürdüyü əsassız ərazi iddiaları Qarabağ müharibəsinin başlanğıcı olmuşdu.1991-1994- cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisində başlanan şiddətli qarşıdurmalar isə bu müharibənin davamı olmuşdur. Yenicə müstəqillik qazanan Azərbaycan minlərlə igidini itirdi. İtirilən torpağlarımız uğrunda Azərbaycanın igid oğulları son damla qanına qədər vuruşdular. Qarabağın azadlığı uğrunda Şəhidlik zirvəsinə ucaldıar. 2020-ci ilin İyul ayında Tovuz ərazində düşmənlə döyüşdə hərbi xidmətini layiqincə yerinə yetirən qeyrətli Vətən oğulları generalımız, mayorumuz, baş leytinatımız, ümumilikdə 12 Hərbiçimiz Şəhidlik zirvəsinə ucaldı. Bu Şəhidlərdən biri də Baş Leytinant Mahmudov Rəşad Rəşid oğludur.
Şəhidimiz Mahmudov Rəşad Rəşid Oğlu 1992-ci ilin 2 iyulunda Biləsuvarın aşağı Cürəli kəndində anadan olmuşdur. Uşaq yaşlarından əziyyətlə böyümüşdür. Ailədə İki övladın böyüyü idi Rəşad. Ana iki övladı ilə qardaş himayəsində qalır, pambıq tarlalarında işləyərək zəhmətlə, əziyyətlə iki oğlunu atasız böyüdür. Kiçik oğlu Rəis bir neçə il bundan öncə faciəvi şəkildə dünyasını dəyişir. Sevda ananın göz dikdiyi, ümidi, gələcəyi Rəşad Mahmudov idi.
Rəşad məktəbi bitirdikdən sonra 2007-ci ildə C.Naxçıvanski adına litseyə daxil olur, bitirdikdən sonra 2010- cu ildə H.Əliyev adına Ali Hərbi Məktəbə qəbul olur. Bir il ümumi qoşun (motoatıcı) ixtisasına yiyələnir. 2 ci kursda isə artilleriya ixtisasın seçir. 2014- cü ildə ali məktəbi bitirir. 1 il ərzində 2014_2015-ci illırdə silahlı qüvvələrin təlim-tədris mərkəzində Zabit ixtisas kursunu keçir.
2017-ci ildə baş leytenant rütbəsinə layiq görülür.
2018- ci ildən xidmətini davam etdirir. Uşaqlığını və gəncliyini hərbə həsr edir, Rəşad.
Xidməti müddətində dəfələrlə könüllü olaraq ön xətdə xidmət etmək istəyi ilə müraciət etmişdir. 2019-cu ildə Ağstafada bateriya komandiri, 2020-ci ildə iyun ayında istəyi həyata keçirilərək, Tovuzda ön xətdə xidmətini əlahiddə minaatan bateriya komandiri olaraq davam etdirir.
Mənfur düşmənlər yenə də işğalçı siyasətindən əl çəkmədilər. Bu dəfə Tovuz istiqamətində 2020-ci ilin 12 iyulunda hücuma keçdilər. Öz vəzifə borcunu yerinə yetirərkən, ön cəbhəyə gəldiyinin 1 ayı tamam olmamış, Baş Leytinant Rəşad Mahmudov qəhrəmancasına əbədiyyətdəki uca məqamına, Şəhidliyə ucaldı. Şəhidlik məqamını, Vətənə xidmətini, qələbə ümidini, arzusunu, öz yoldaşlarına ötürdü. Şəhidimiz Rəşad doğulduğu Biləsuvarın Cürəli kəndində torpağa tapşırıldı.
Zəhmətiylə tikdirdiyi evi hazır edib ailə quracaqdı Rəşad. Yarım qalan arzuları, yarım qalan ömrü kimi zəhmətiylə tikdirdiyi evi də yarımçıq qaldı .Arzusuydu min zəhmətlə onu böyüdən anasıyla tikdirdiyi evdə yaşaya bir ömür. Sevda ananında göz tikdiyi Rəşad adlı ümid çırağı söndü.
Şəkillərdən sual dolu,
qəm yağışlı baxışında,
üzgün baxan Şəhidimin
taleyinin qarası var.
Ömür adlı bağçasında
Vaxtsiz solan arzuları,
Son ümidi, son istəyi,
Vətən adlı yarası var.
Arzuları kimi ömrü də yarım qalan, şəhidim, səndən sonra vətən oğulları Vətən adlı yaranı da sağaltdılar, qisasını da aldılar.
27 sentyabr 2020- ci il tarixində II Qarabağ müharibəsinin başlanmasıyla, işğalda olan torpaqlarımızın azadlığı uğrunda oğullar sinəsin sipər etdilər. Müasir texnikalara yiyələnən rəşadətli ordumuz yeni tarix yazdı şərəfiylə, qanıyla. Zəfər bayrağımız dalğalanır qan tökdüyünüz torpaqlarımızda. Ruhunuz şad olsun, Şəhidim, qisasınız alındı.
Prizident İlham Əliyevin sərəncamına əsasən, baş leytenant Rəşad Mahmudov ölümündən sonra “İgidliyinə görə” və Azərbaycan Milli Ordusunun 100 illiyi yubley medalına layiq görüldü.
Ruhun qarşısında baş əyirəm, cənnət ətirli Şəhidim!
Müəllif: Aynurə İnci