Yeni işə qəbul olunmuş müəllimlərlə adaptasiya proqramı davam edir

Yeni tədris ilində işə qəbul olunmuş gənc müəllimlərlə adaptasiya proqramı onlayn formatda davam etdirilir. Adaptasiya proqramının məqsədi yeni işə qəbul olunmuş müəllimlərin iş mühitinə və tədris prosesinə rahat uyğunlaşmasına nail olmaqdan ibarətdir.

Adaptasiya proqramı çərçivəsində “Yaxşı müəllim necə olmalıdır”, “Sinif komplektləşdirilməsi, əməkhaqqı və ona əlavələr, əmək məzuniyyəti”, “İlk dərs gününə hazırlıq”, “Valideynlərlə əməkdaşlıq üsulları” mövzusunda vebinarlar keçirilib.

Proqram çərçivəsində Təhsil  Nazirliyin struktur bölmə rəhbərləri, yerli təhsili idarəetmə orqanlarının rəhbərləri, ümumi təhsil müəssisələrinin direktorları, psixoloqların iştirakı ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Proqram cari ilin dekabr ayınadək davam edəcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.