Yardım üçün Türkiyəyə gedən azərbaycanlı bloqer: “Göz yaşlarımızı saxlaya bilmirdik”

“Son bir neçə gün həyatımın ən çətin günləri oldu”.
Bu sözləri Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloqer Hüseyn Həsənov sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.

Yardım üçün Türkiyənin zəlzələ bölgələrinə yollanan Həsənov orada gördüklərindən kədərləndiyini bu sözlərlə ifadə edib: 

“Öz gözlərimizlə bu vəziyyəti görüb, tüklərimiz biz-biz olub, göz yaşlarımızı saxlaya bilmirdik. Burada olmaq onsuz da çox çətindir, çünki hər hekayəni öz içindən keçirirsən. Gecələr yatmadıq, çox danışdıq, təəssüratlarımızı bölüşdük və ayaqda durmaq üçün özümüzü saxlayıb bu günləri yaşamağa çalışdıq. Çətin idi. Gözlərinizi yumursunuz və qarşınızda dağıdılmış evlərin, həyatların şəkilləri var… Uzun müddət bu səfəri və bu insanların nələrə dözdüyünü xatırlayacağam. Ancaq bura gəldiyim üçün bir an belə peşman olmadım: bacardığımız qədər köməklik etdik. Kiməsə yemək, kimisə paltar və əşyalar. Amma çoxunun dəstəyə, sözə, əl sıxmağa ehtiyacı var. Həyatımdakı bir çox şeyi yenidən düşünərək buradan ayrılıram. Sevdiklərinizin yanında olan hər anın qədrini bilin, onlar əbədi olaraq sizinlə deyillər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.