“Xəmsə” Uşaq Rəqs Ansamblı “Azərbaycan Çempionatı – 2024” rəqs müasbiqəsinin qalibi olub

“Xəmsə” Uşaq Rəqs Ansamblı “Azərbaycan Çempionatı – 2024” rəqs müasbiqəsinin qalibi olub
S.Bəhlulzadə adına Mədəniyyət Sarayında Azərbaycan Gənclər İttifaqının və Azərbaycan Rəqs Assosiasiyasının birgə təşkilatçılığı ilə “Azərbaycan Çempionatı – 2024” rəqs müasbiqəsi keçirilib.
Çempionatda mindən çox iştirakçı müxtəlif yaş qruplarında mübarizə aparıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə sözügedən müsabiqədə Sənan Cavadovun rəhbərlik etdiyi “Xəmsə” Uşaq Rəqs Ansamblı da iştirak edib. Ansambl 6 rəqs nömrəsi ilə çıxış edərək bütün nominasiya üzrə qalib olublar.
Müsabiqənin yekununda Sənan Cavadovun yetirmələri medallar və sertifikatlarla təltif olunublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.