VI SABAH Karyera Qış Məktəbi keçiriləcək

9-11 fevral 2022-ci il tarixlərində Şamaxıda SABAH Karyera Qış Məktəbi keçiriləcək.

Qış məktəbi məzun olacaq SABAH tələbələrinin peşəkar inkişafına dəstək məqsədilə yaradılmış SABAH Karyera Akademiyası çərçivəsində artıq altıncı dəfədir ki təşkil edilir.

SABAH Karyera Qış Məktəbində iştirak etmək istəyən tələbələr 25 yanvar 2022-ci il saat 00:00-dək qeydiyyatdan keçməlidirlər.

Qış məktəbində tələbələr SABAH Karyera Akademiyasının tərəfdaş şirkətlərindən olan peşəkar təlimçilərdən uğurlu karyera başlanğıcı üçün lazım olan fundamental bacarıqları öyrənmək imkanı əldə edəcəklər.

SABAH Karyera Akademiyasına seçiləcək tələbələr özlərinin prioritet fəaliyyət istiqamətlərinə (işə düzəlmə, start-up/sahibkarlıq, akademik fəaliyyət) uyğun olaraq təlimlərdə iştirak edəcəklər. Tələbələrin seçimi ÜOMG və seçilmiş sahə üzrə nailiyyətləri nəzərə alınmaqla aparılır.

Qeyd edək ki, qış məktəbi müddətində tələbələr nəqliyyat, yaşayış və qidalanma, təlim materialları ilə təmin olunacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.