ÜST yaxın zamanlarda koronavirusu dayandırmağa kömək edəcək üç amili açıqladı

Avropada koronavirus yekunlaşmağa yaxındır, – bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosunun direktoru Hans Klyuge bəyan edib.

Onun sözlərinə görə, hazırda Avropa ölkələrinin “kovid”i nəzarətə götürmək şansı var.

ÜST nümayəndəsinin qeyd etdiyi kimi, yaxın zamanlarda Avropa aşağıdakı amillərin sayəsində pandemiyanın öhdəsindən gələcək:

– əhalinin peyvəndlənməsi və çoxlu sayda insanların konronavirusa yoluxması sayəsində immumizasiyanın yüksək olması;

– virusun isti havada yayılma qabiliyyətinin aşağı olması;

– “omikron” variantının az təhlükəli olması.

“Yüksək qorunma dövrünə “atəşin dayandırılması” kimi baxmalıyıq və bu, bizə “möhkəm sülh” gətirə bilər. Tezliklə yazın gəlişi bizə uzun zaman sakitlik dövrünü yaşamağa və əhaliyə virusun yenidən kütləvi surətdə ötürülməsindən daha yüksək səviyyədə qorunması imkanını verəcək”, – Klyuge bəyan edib.

ÜST nümayəndəsinin sözlərinə görə, hətta “kovid”in yeni variantı meydana çıxarsa, Avropada səhiyyə sistemləri onu nəzarətdə saxlaya biləcək, bir şərtlə ki, kovidə qarşı digər tədbirlərlə yanaşı, peyvəndlənmə davam etsin. “Bütün dünyada kütləvi şəkildə peyvəndlənmə aparılmasa, koronavirusun daha ölümcül və daha yoluxdurucu formalara mutasiya etmək imkanı olacaq”, – ekspert əlavə edib.

Hans Klyuge qeyd edib ki, ötən həftə Avropada koronavirusa 12 milyon yeni yoluxma halları qeydə alınıb. Bu, pandemiyanın yarandığı gündən ən yüksək həftəlik göstəricidir.
Təşkilatın nümayəndəsi qeyd edib ki, bunun səbəbi “omikron”nun son dərəcə yoluxdurucu variantı ilə bağlıdır, lakin bu zaman hospitalizasiya halları o qədər də artmayıb.

Bundan əvvəl ÜST rəhbəri Tedros Adanom Hebreisus bəyan edib ki, ölkələr peyvəndlənməyə ümid edərək karantin məhdudiyyətlərindən imtina etməməlidir. O, izah edib ki, “omikron”un daha az aqressivliyinə rəğmən, hər halda koronavirusa qarşı mübarizə aparılmalıdır ki, ölüm hallarının qarşısı alınsın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.