“Unudulmaz qəhrəman”

Gəncə şəhər MKS-nin Uşaq şöbəsində Azərbaycanın Milli Qəhrəmanı Məmmədov İbrahim İsmayıl oğlunun anadan olmasının 60 illiyi münasibətilə “Unudulmaz qəhrıman” başlığı altında söhbət keçirildi. Tədbirdə  Gəncə şəhər 42 №-li tam orta məktəbin müəllim və şagird kollektivi iştirak etdilər. İlk öncə qəhrəmanın xatirəsi bir dəqiqəlik sükütla yad edildi. Böyük kitabxanaçısı Aytən Əliyeva Vətən uğrunda öz şərəfli ölümüylə ölümsüzlüyə qovuşan şəhidlər haqqında danışdı. 42№-li tam orta məktəbin ədəbiyyat müəlliməsi Rahilə Əliyeva ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Məmmədov İbrahimin qısa həyatı və cəsarətli döyüş yolu haqqında ətraflı məlumat verdi. Bildirdi ki, qəhrəman 1994-cü ilin 16 fevralında Kəlbəcər uğrunda gedən döyüşlərdə snayper gülləsi ilə həlak olmuşdur. Azərbaycan Respublikası prezidentinin fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Naxçıvan şəhərinin Şəhidlər xiyabında dəfn edilmişdir. Tədbirdə şagirdlər qəhrəmanlığa həsr olunmuş şeirlər söylədilər. Sonda iştirakçılar Azərbaycan əsgərlərinin döyüş yoluna həsr edilmiş vido-slayda tamaşa etdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.