“Ümummilli Lider Heydər Əliyev və Gəncə” mövzusunda Respublika konfransı keçirilib

lm və Təhsil Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Respublika konfransı təşkil olunub. Konfransda  AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Bakı, Gəncə və digər bölgələrin elmi-tədqiqat ali təhsil ocaqlarını təmsil edən alim və tədqiqatçılar iştirak ediblər.

Tədbirdən əvvəl qonaqlar müasir Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüb, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Sonra qonaqlar AMEA-nın Gəncə Bölməsində Ulu Öndərin Azərbaycanın quruculuq straregiyasının çoxistiqamətli tədqiqi yönündə ərsəyə gətirilmiş monoqrafiya, kitab və digər elmi nəşrlər, eləcə də Heydər Əliyevin Gəncəyə tarixi səfərlərini əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxış keçiriblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və  şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükut ilə yad edilib.

Akademik Fuad Əliyev konfrans iştirakçılarını salamlayaraq, Heydər Əliyev ömrünün hər bir vətəndaş üçün örnək olduğunu, Ulu Öndərin dövlətçiliyimizin, iqtisadiyyatımızın və ölkə həyatının digər vacib sahələrinin formalaşdırılması, Azərbaycançılıq strategiyasının əsaslarının yaradılması istiqamətindəki əzmkar fəaliyyətinin, o cümlədən onun Gəncənin inkişafı naminə gördüyü işlərin neçə-neçə elmi tədqiqatlar üçün tükənməz qaynaq olduğunu qeyd edib. Fuad Əliyev bu mötəbər elmi toplantının da bu məqsədlərə xidmət edəcəyinə inandığını bildirib.

Adil Tağıyev qonaqları Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından salamlayaraq, Ulu Öndərin Azərbaycanın inkişaf strategiyasında Gəncənin roluna xüsusi diqqət ayırdığını, ənənələrlə yenilikçiliyin vəhdətinin təcəssümü olan şəhərin məhz Heydər Əliyevin diqqət və qayğısı ilə böyük nailiyyətlərə qovuşduğunu qeyd edib.

Konfransda AMEA-nın Gəncə Bölməsi tərəfindən hazırlanmış “Heydər Əliyev və Gəncə” filmi nümayiş etdirilib.

İki gün davam edən konfransda 19 məruzə dinlənilib və onlar ətrafında müzakirələr aparılıb.

 

“Ümummilli Lider Heydər Əliyev və Gəncə” mövzusunda Respublika konfransı keçirilib
“Ümummilli Lider Heydər Əliyev və Gəncə” mövzusunda Respublika konfransı keçirilib
“Ümummilli Lider Heydər Əliyev və Gəncə” mövzusunda Respublika konfransı keçirilib
“Ümummilli Lider Heydər Əliyev və Gəncə” mövzusunda Respublika konfransı keçirilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.