Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ultramarafon yürüşünə yekun vurulub

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Ağstafa-Bakı marşrutu ilə ultramarafon yürüşünə yekun vurulub. Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilən yürüşə mayın 1-də Ağstafada Heydər Əliyevin abidəsi önündən başlayıb.
Azərbaycanda, eləcə də, ölkədən kənarda təşkil olunan bir sıra yürüşlərdə iştirak etmiş Ağa Əliyev beş gün ərzində 465 km-lik məsafəni qət edərək ultramarafonu uğurla başa vurub.
Finiş nöqtəsində onu Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Qaradağ Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, idman ictimaiyyətinin nümayəndələri və Lökbatan sakinləri qarşılayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.