Tovuz rayonunda Aqrar İnnovasiya Festivalı keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Tovuz rayonunda Aqrar İnnovasiya Festivalı keçirilib.

Festivalların keçirilməsinin əsas töhfələrindən biri də kənd təsərrüfatı sahəsində özəl şirkətlərlə, kooperativlərlə, assosiasiyalarla iş birliyinin yaranması, təcrübə mübadiləsinin həyata keçirilməsidir.

Festivalın rəsmi açılış hissəsində Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aydın Hüseynov və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxış edib.

Festivalın ənənəsinə uyğun olaraq kənd təsərrüfatı məhsullarının sərgi və nümayişi ilə yanaşı sahənin prioritet mövzularına dair fermerlərin maarifləndirilməsi istiqamətində təlim keçirilib. Təlim heyvandarlıqda tənəffüs yollarının xəstəlikləri və müalicəsi mövzularını əhatə edib.

Həmçinin, festivalda Azərbaycan Dövlət Aqrar Universiteti də öz stendi ilə təmsil olunub.

Tovuz rayonunda Aqrar İnnovasiya Festivalı keçirilibTovuz rayonunda Aqrar İnnovasiya Festivalı keçirilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.