“Təhsil vloqeri” müsabiqəsinin qalibləri müəyyənləşib

Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Təhsil vloqeri” müsabiqəsinin qalibləri müəyyənləşib.

Nazirlikdən  bildirilib ki, müsabiqəyə ümumilikdə 400-ə yaxın müraciət daxil olub. Müsabiqənin münsiflər heyəti tərəfindən təqdim edilən materialların təhlili aparılıb. Nəticələrə əsasən, Bakı şəhəri 136 nömrəli tam orta məktəbin STEAM müəllimi Sürət Mehdiyev və Gəncə şəhər Səməd Vurğun adına 41 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Arzu Kərimov müsabiqənin qalibləri elan edilib.

Müsabiqə qalibləri mükafatlandırılacaqlar.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd fərqli ideyaları və innovativ təşəbbüsləri ilə seçilən, maraqlı tədris mühiti formalaşdıraraq şagirdlərinin sevimlisinə çevrilən müəllimlərin ictimaiyyətə tanıdılmasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.