Təhsilə dair faydalı vəsait – Məktəb direktorunun idarəetmə standartları

Məktəb rəhbərlərinə metodik kömək məqsədi ilə” Təhsil və İdarəedici ” layihəsi çərçivəsində yeni- növbəti kitab Rusiya Federasiyasında uzun müddət məktəb direktörü işləmiş idarəedicisi və bu sahənin ən tanınmış araşdırmaçılarından biri Qriqoriy Lvoviç Frişin “Məktəb direktorunun”idarəetmə standartı”” azərbaycan dilinə tərcümə edilərək çap olunub.
Kitabda məktəbin iş bölgüsü, sənədləşmə, (kargüzarlıq və məktəb sənədlərinin yazılması) fəaliyyətin planlaşdırılması, məktəbdaxili nəzarətin (MDN) təşkili və sənədləşdirilməsi, məktəb kollektivinin yaradılması, dərs cədvəli tərtib olunarkən nəzərə alınmalı cəhətlər, müəllim-şagird və məktəb-valideyin münasibətlərinin səmərəli şəkildə qurulması (məktəbin şagirdlərilə iş, şagirdin şəxsiyyətinə hörmət, məktəb və valideynlər, valideynlərlə iş , məktəbdə növbətçilik, sistemi) pedaqoji kollektivdə iş bölgüsü, məktəb direktorunun hüquqi-normativ sənədlərlə iş bacarığı, pedaqoji şuranın və direktoryanı müşavirələrin keçirilməsi ilə bağlı tövsiyyələr, kollektivdə münaqişələrin (münaqişə bir hadisə kimi, müəllimlə valideynlər arasında münaqişə, müəllimlər arasında münaqişə, müəllimlərin direktorla münaqişəsi ,əmək mübahisələri (münaqişə vəziyyətində rəhbərin davranışı) və digər mövzularla bağlı maraqlı, praktik materiallar verilmişdir.
Qanunvericiliklə bağlı fərqlilik olduğunu nəzərə alınaraq, kitabın sonunda bəzi hüquqi normativ sənədləri -“Ümumi təhsil haqqında “Azərbaycan Respublikasının Qanunu, Ümumi təhsil məktəblərinin “Nümunəvi Nizamnaməsi” və Ümumi təhsilin dövlət standartları daxil edilmişdir ki, oxucunun vəsaiti oxuyarkən müvafiq qanunvericiliklə müqaisə etmək imkanı olsun.
Kitabın rəhbərlik fəaliyyətinə yeni başlamış, hələ kifayət qədər rəhbərlik təcrübəsi olmayan məktəb direktorları və müavinlərinin, gələcəkdə bu vəzifələrdə çalışmaq istəyən şəxslərin, habelə ali təhsil müəssələrində pedaqoji və idarəetmə istiqamətləri üzrə təhsil alan tələbələrin, magistrlərin, doktorantların, təhsili idarəetmə qrumlarında şalışan əməkdaşların, ümumilikdə isə bütün müəllimlərin stolüstü kitabına çevriləcəyinə əminlik bildirmək olar.
Nadir İsrafilov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.