Şuşa liderlərin səfərinə hazırlanır

Şuşada Azərbaycan və Türkiyə Prezidentlərininin səfəri ilə əlaqədar hazırlıq işlərinə başlanılıb.

Azərbaycan-Türkiyə bayraqları Şuşanın girəcəyinə dairəvi formada sancılıb. Həmçinin Ali Baş Komandan İlham Əliyevin Şuşa ilə bağlı səsləndirdiyi tarixi sözlər poster olaraq şəhər küçələrinə asılıb.

Bildirək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-16-da Azərbaycana rəsmi səfər edəcək. Səfər çərçivəsində Şuşada ikitərəfli görüşlər keçiriləcək. Görüşlərdə Türkiyə-Azərbaycan münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə ediləcək.

Türkiyə Prezidenti səfərlə əlaqədar olaraq Azərbaycan Milli Məclisində çıxış edəcək.

İki ölkənin dövlət başçıları Türkiyənin futbol üzrə millisinin iyunun 16-da futbol üzrə Avropa çempionatında Bakıda Uelslə seçmə qrup oyununu birlikdə izləyəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.