Seçkidə saxtakarlıq edənləri nə gözləyir?

Sabah seçki günüdür. 09 fevral 2020-ci il tarixdə altıncı çağırış növbədənkənar Milli Məclisə  seçkilər keçiriləcəkdir. Ümid edirik ki, bu seçkilərdə vətənini, xalqını sevən, xalqın qeydinə qalan layiqli namizədlər millət vəkili adını qazanacaqdır. Əlbəttə ki, bir çox neqativ hallara da rast gəlinəcəkdir. Bəs seçki prosesində baş verə biləcək mənfi hallar Cinayət Məcəlləsi ilə necə tənzimlənir?

Etmtv. news vətəndaşların seçki prosesində  bəzən yol verdikləri qanuna zidd əməllərin məsuliyyətini bilmədiklərini nəzərə alıb, bu məsələ ilə bağlı qısa məlumat verir.

Beləliklə, seçkilərdə qanuna zidd əməllərə qol qoyan insanları nə gözləyir?

Seçki prosesində vətandaşlar, dairə və məntəqə seçki komissiyasının sədri və üzvləri, məşvərətçilər, müşaidəçilər,   digər istənilən şəxslər tərəfindən yol verilən qanun pozuntuları Azərbaycan Respublikası konstitusiyası, cinayət məcəlləsi, seçki məcəlləsi və digər qanunvericilik aktları ilə tənzimlənir və müfaviq olaraq məsuliyyətə səbəb olur.

Cinayyət Məcəlləsinin 159.1 – ci maddəsinə əsasən vətəndaşın seçki hüququnun həyata keçirilməsinə mane olmaq, məsələn, hər hansı şəxsi qanunsuz olaraq seçkiyə buraxmamaq, 6 aya qədər azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə gətirib çıxara bilər.

Cinayət Məcəlləsinin 159.3 – cü maddəsinə əsasən  vətəndaşın iradəsinin ziddinə səsverməyə məcbur etmə və ya onun səsverə hüququndan isdifadə etməsinə mane olma 2 ilə qədər azadlıqdan məhrumetmə cəzasıyla cəzalandırıla bilər. Buna misal olaraq hər hansı idarə rəhbərinin, məktəb direktorunun və s. rəhbər şəxslərin öz işçisini hər hansı bir şəxsə səsverməyə məcbur etmə və yaxud onun hər hansısa bir şəxsə səsverməsinə mane olma 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilər.

Cinayət Məcəlləsinin 159-1.3 – cü maddəsinə əsasən başqa şəxsin yerinə səs verməyə şərait yaratma, məsələn, məntəqə sədrinin hər hansı bir şəxsi digər şəxsin yerinə imza etməklə seçkiyə buraxılması halında 2 ilə qədər azadlıqdan məhrumetmə cəzası təyin edilə bilər.

Eyni məcəllənin 160- cı maddəsinə əsaəsən seçki komisiyasının işinə müdaxilə etmə və ya hər hansısa bir qanunsuz təsir göstərmək 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.