SABAH VII Tələbə Debat Forumu uğurla yekunlaşıb!

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin və SABAH Qruplarının birgə əməkdaşlığı çərçivəsində “SABAH VII Tələbə Debat Forumu”nun final və bağlanış mərasimi keçirilib.

Tədbirdə SABAH qrupları icra komitəsinin rəhbəri Eldar Qocayev, SABAH Qruplarının rəhbərləri və DVC-nin sədri Əli Abdullazadə, Milli Debat Proqramının nümayəndələri və SABAH tələbələri iştirak edib.

SABAH VII Tələbə Debat Forumun keçirilməsinin əsas məqsədi SABAH tələbələrinin tədrisdənkənar fəaliyyətinin səmərəliliyinin təminatı, onların müxtəlif debat mövzuları üzrə biliyinin artırılması, sərbəst tədqiqat və təqdimat bacarıqlarının inkişafı, natiqlik bacarıqlarına yiyələnməsidir.

2-3 dekabr tarixlərində keçirilən forum çərçivəsində Bakı Dövlət Universitetinin ev sahibliyi ilə, ümumilikdə 6 ali təhsil müəssisəsini təmsil edən 26 komanda və 200-dən çox gənc iştirak edib.Debat raundlarından uğurla keçən “Bugün” (Sadiq Cavadov, İlkin Abdullayev, Nəsir Qurbanzadə) və “Bank of Unec” (Lətafət Quliyeva, Püstə Sadıqova, Rəvan Məmmədov) komandaları finala vəsiqə qazanıblar.

Tədbir çərçivəsində  Milli Debat Proqramının kateqoriyalı hakimləri tərəfindən verilən qərarə əsasən, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Bugün” komandası qalib seçilib.

Daha sonra, Forumun ən yaxşı 10 natiqi (Kübra Həşimova, ⁠Zərifə Balacayeva, Tural Dəmirov,  ⁠Sara Alıyeva, Nigar Tahirli, ⁠Püstə Sadıqova, ⁠Məsmə Əlizadə, ⁠Lətafət Quliyeva, ⁠Səbinə Ələkbərova, ⁠Rəvan Məmmədov), qalib və finalçı komandalar mükafatlandırıblar.

Qeyd edək ki, SABAH Tələbə Debat Forumu ənənəvi olaraq hər il Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, SABAH Qruplarının və DVC-nin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.