“Qış düşərgəsi”nə tələbələrin qeydiyyatı davam edir

Tələbələrin “Qış düşərgəsi”nə (Winter bootcamp) qeydiyyat prosesi davam edir.

Düşərgədə iştirak etmək istəyən tələbələr 24 yanvar 2022-ci il tarixinədək https://anket.edu.az/link/174 linki vasitəsilə qeydiyyatdan keçməli və ali riyaziyyat üzrə baza biliklərin (“Riyazi analiz”, “Cəbr və ədədlər nəzəriyyəsi” fənləri üzrə) yoxlanılması məqsədilə təşkil olunacaq test imtahanında uğur qazanmalıdırlar.

Düşərgədə ali təhsil müəssisələrinin riyaziyyat və texniki ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələri, həmçinin magistratura səviyyəsi üzrə təhsil alanlar iştirak edə bilərlər.

Qeyd edək ki, düşərgə  Təhsil İnstitutunun təşkilatçılığı ilə 5-13 fevral 2022-ci il tarixlərində Quba rayonunda təşkil ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.