Qarabağ Universitetinin Xankəndidən möhtəşəm görüntüləri

Qarabağ Universitetinin fəaliyyət göstərəcəyi inzibati bina məlum olub.

Etmtv.news xəbər verir ki, bu barədə AzTV-də yayımlanan “HƏFTƏ” ictimai-siyasi proqramında bildirilib.

Sujetdə daşnak yuvasına çevrilən Xankəndi Pedaqoji İnstitutunun ləğvi və onun istiqamətini dəyişəcək Qarabağ Universitetinin fəaliyyəti barədə məlumat verilib.

Qarabağ regionunda təhsil ənənəsi tarixən mövcud olub. Burada orta təhsil müəssisələrilə yanaşı musiqi və peşə məktəbləri fəaliyyət göstərib. Xankəndidə ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb.

Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında fəaliyyət göstərəcək Qarabağ Universitetində regionun inkişafı üçün kadr potensialının yetişdirməsi gözlənilir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 28-də imzaladığı Sərəncama əsasən, Xankəndidə Qarabağ Universiteti yaradılacaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.