Qarabağ qazisi ilə teatr direktoru arasında QARŞIDURMA: “Sona qədər gedəcəyik” – Nüsrət Kəsəmənlinin oğlu

“Biz sona qədər gedəcəyik…”

Bunu dəfələrlə iş üçün Gənc Tamaşçılar Teatırına müraciət etən, lakin rədd cavabı alan qardaşı oğlu, Qarabağ qazisi Cavidan Kəsəmənlinin problemi barədə danışarkən tanınmış aktyor Reşat Kəsəmənli Yenicag.az-a açıqlamasında deyib.

O, qardaşı oğlunun dəfələrlə teatra müraciət etdiyini, vəd verilərək müxtəlif bəhanələrlə aldadıldığını, işə götürülmədiyini bildirib:

“Cavidan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyorluq fakültəsini fərqlənmə ilə bitirib. Daha sonra magistratura pilləsini də bitirib. Ali təhsili bitirdikdən sonra isə həqiqi hərbi xidmətə yollandı, 44 günlük Vətən müharibəsində iştirak etdi, döyüşlərdə göstərdiyi xidmətlərə görə dövlət tərəfindən 3 medalla təltif olundu. Bu istedadlı insanı niyə axı işə götürməsinlər?! Dəfələrlə Gənc Tamaşçılar Teatrına müraciət edib, “iş olanda deyərik”, – deyib bəhanələrlə yola salıblar. Amma üstündən bir həftə keçməmiş teatra 3 nəfər işçi götürür. Onlar nəinki hərbi xidmətdə olmayıblar, hətta bundan yayınıblar. O insanların bundan heç nəyi artıq deyil axı. Niyə bu adam cürbəcür bəhanələrlə teatrdan uzaqlaşdırılır, işə götürülmür? Səbəb nədir? Anlamıram, o teatrda işə düzəlmək üçün daha nə lazımdır ki, bu uşaqda yoxdur? Biz o səbəbi axtarırıq. Dövlət başçımız dəfələrlə bildirib ki, müharibədən qayıdandan sonra bütün müharibə iştirakçıları öz ixtisasları üzrə işlə təmin olunsunlar. Bu insanın üstünlükləri sadalamaqla qurtarmır, amma heç bir nəticə yoxdur. Bunun axırına qədər gedəcəyik”.

Cəvahir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.