Qənirə Paşayeva Şimali Makedoniyada Qarabağdan danışdı

Millət vəkili Qənirə Paşayeva Şimali Makedoniyada 5-ci Yəhya Kamal Bəyatlı Şeir Festivalında iştirak edib.

Etmtv. news Turkustan. info-ya istinadən xəbər verir ki, tədbirdə çıxış edən Q. Paşayeva ölkəmizin tarixi, bu günü, iqtisadiyyatı, mədəniyyəti, turizm imkanları, Azərbaycan-Makedoniya münasibətlərinin inkişafından danışıb. Millət vəkili həmçinin Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, minlərlə azərbaycanlını qətlə yetirməsi, soyqırım törətməsindən söz açıb:

“Ermənistan Xocalı, Qaradağlı, Bağanıs-Ayrım soyqırımlarını törədib. Minlərlə azərbaycanlını əsir və girov götürərək onlara qarşı amansız işgəncələr həyata keçirib, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsinin və digər beynəlxalq təşkilatların Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələri yerinə yetirmir. 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz evinə dönməsinə imkan vermir”.

Millət vəkili Azərbaycan həqiqətlərinin Şimali Makedoniya ictimaiyyətinə daha geniş çatdırılması istiqamətində makedoniyalı ictimai-siyasi xadimlərin, şair və yazarların, gənc fəalların, aydınların, QHT və KİV təmsilçilərinin öz səylərini daha da artıracağına inandığını dilə gətirib.

Q. Paşayeva tədbir zamanı onlara Azərbaycan mədəniyyəti ilə bərabər Qarabağ həqiqətlərinə dair materiallar, kitablar təqdim edib və onları Azərbaycana dəvət edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.