Peşə təhsili pilləsi üzrə əyani tədris qismən bərpa olunub

15 fevral tarixindən etibarən peşə təhsili müəssisələrində praktiki məşğələlər üzrə dərslərin əyani formada təşkilinə başlanılıb. Hazırda müəyyən ixtisaslar üzrə istehsalat təlimi və təcrübəsi ilə bağlı dərslərin əyani, ümumtəhsil fənləri və ixtisas modulları üzrə nəzəri dərslərin isə distant formada təşkili həyata keçirilir. İKT və turizm sahəsi üzrə müəyyənləşdirilmiş 9 ixtisas üzrə praktiki məşğələlərin (istehsalat təlimi və təcrübəsi) distant formada tədrisi davam etdirilir. 

Ümumilikdəistehsalat təlimi və təcrübəsi ilə bağlı dərsləri əyani formada təşkil edilən ixtisaslar üzrə təhsil alan tələbələrin sayı 18 860 nəfərdir ki, bu da ümumi tələbə sayının 88 faizinə bərabərdir.

İstehsalat təliminin təşkili zamanı təhsil müəssisəsində tələbə sıxlığının qarşısını almaq məqsədilə dərs cədvəllərində müəyyən dəyişikliklər edilib. Tədris planları və dərs cədvəllərinə əsasən, ixtisasdan asılı olaraq istehsalat təlimi dərsləri həftədə 2 dəfə əyani formada təşkil edilir. İstehsalat təcrübəsi dərsləri isə işəgötürən təşkilatlarda xüsusi karantin rejimi üzrə qaydalar və tələblər gözlənilməklə əyani təşkil edilir.

Peşə təhsili müəssisələrində təşkil edilən qısamüddətli kurslarda da əyani tədris bərpa edilib.

Qeyd edək ki, peşə təhsili müəssisələrində tədris prosesi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na əsasən təşkil edilir. Əyani dərslərin bərpası ötən dövrdə onlayn dərslər və teledərslər zamanı qazanılmış nəzəri bilik və bacarıqların praktiki məşğələlərdə möhkəmləndirilməsi, həmçinin praktiki bacarıq və səriştələrin əldə edilməsinə imkan yaradacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.