“Öyrən, qalib ol!” marafonuna start verilir

Elm və Təhsil Nazirliyi “Öyrən, qalib ol!” adlı sosial media marafonuna start verir.

44 günlük Vətən müharibəsində əldə olunan qələbəyə həsr olunan marafonda 5-11-ci sinif şagirdləri iştirak edə bilərlər.

Marafonun təşkilində məqsəd öyrənmənin, təhsilin qələbə üçün vacibliyini göstərmək, həmçinin şagirdlərin uğur hekayələrinin paylaşılmasına dəstək olmaqdır.

Bunun üçün şagirdlər sosial media hesablarında #Öyrənqalibol həştəqi ilə öz öyrənmə təcrübələri barədə paylaşımlar edə bilərlər.

Paylaşım foto və ya video formatında olmalıdır. Paylaşımda şagird özü haqqında zəruri məlumatları (ad, soyad, oxuduğu məktəb və sinif) qeyd etməli və öyrəndikləri barədə məlumatı dolğun çatdırmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.