Növbəti tədris ilindən məktəblərdə daha bir yenilik olacaq

Təhsil nazirinin müvafiq əmri ilə həyata keçirilən “Məktəblərdə keyfiyyətin inspeksiyası” layihəsi çərçivəsində Təhsildə Keyfiyyət Təminatı Agentliyi növbəti dəfə “məktəb inspektoru” vakansiyası elan olunub.

Etmtv.news xəbər verir ki, layihənin məqsədi məktəblərdə tədrisin keyfiyyətini yüksəltmək, o cümlədən, məktəb-şagird-vaideyn əlaqələrini daha da gücləndirərək, sağlam və keyfiyyətli təhsil mühiti formalaşdırmaqdır.

Layihə çərçivəsində 10 mart–7 iyunda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax, Lənkəran şəhərlərində, həmçinin Abşeron, Masallı, Cəlilabad və Bərdə rayonlarında yerləşən 24 məktəbdə pilot inspeksiyalar keçirilib. Mövcud vakansiya üzrə inspektorların seçimi və seçilmiş namizədlərin təlimləndirilmə prosesi yekunlaşdıqdan sonra növbəti tədris ilindən etibarən real inspeksiyalara başlanacaq.

Sözügedən vakansiya üzrə namizədlər üçün müəyyənləşdirilmiş tələblər aşağıdakı kimidir:

· Ali təhsil;

· Sahə üzrə mövcud qanunvericilik, qayda və tənzimləmələr haqqında biliklər;

· Minimum 8 il pedaqoji sahədə iş təcrübəsi (idarəetmə sahəsində iş təcrübəsi arzuolunandır);

· Ümumi təhsil müəssisələrində keyfiyyət qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübəni araşdırma, öyrənmə bacarığı;

· Yüksək səviyyədə Azərbaycan dili biliyi;

· “Microsoft Office” proqramları və internet resurslarından istifadə bacarığı;

· Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;

· Analitik, strateji düşünmə və problem həlletmə bacarığı;

· Monitorinq və qiymətləndirmə bacarığı;

· Təşkilatçılıq bacarığı;

· Komandada işləmə bacarığı;

· Zərurət olduqda, ölkə ərazisi üzrə səyahət etmək imkanı;

· Minimum yaş həddi – 30 yaş.

Qeyd edək ki, sözügedən vakansiya üzrə müraciətlərin qəbulu 10 iyul 2021-ci il tarixədək davam edəcəkdir. Müraciət etmək istəyən şəxslər Agentliyin rəsmi internet səhifəsi olan www.tkta.edu.az saytına daxil olub vakansiya tələbləri ilə tanış olaraq, məlumatlarını göndərə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.