Nazirlik şaxta babaya məktub yazan şagirdi sevindirəcək

Təhsil Nazirliyi Şaxta babaya məktub yazan şagirdə baş çəkəcək.  ETMTV. news xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov “Facebook” səhifəsində yazıb:

“Bununla bağlı bildirmək istəyirəm ki, Əşrəfov Tufan Bağır oğlu Masallının Dəmirçi kənd ümumi orta məktəbinin 7-ci sinif şagirdidir. Özü Bədəlan kəndindəndir. Məktəbdən verilən məlumata görə, nümunəvi şagirddir, dərslərini yaxşı oxuyur. Tufan dayısının və babasının himayəsində yaşayır. Təhsil Nazirliyi Yeni il ərəfəsində Tufanı ziyarət edəcək və öz sovqatı ilə onu sevindirəcək”,- deyə C.Valehov qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.