Musiqi Teatrın solisti beynəlxalq festivalda iştirak edəcək

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Rauf Babayev 21, 22 sentyabr tarixlərində Qazaxıstanın Karaqanda şəhərində keçiriləcək “DosStar” XIII Açıq Operetta və Müzikl Festivalında iştirak edəcək.
O, Karaqanda Akademik Musiqili Komediya Teatrının səhnəsində həm məşhur macar bəstəkarı İmrə Kalmanın “Sirk Şahzadəsi” operettasında Toni obrazını canlandıracaq, həm də beynəlxalq tədbirin qala konsertində çıxış edəcək.
Musiqili Teatrın direktoru Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev də festivalın fəxri qonaqları siyahısındadır.
Xatırladaq ki, ötən il Musiqili Teatrın solistləri Aydan Həsənova və Emin Zeynallı da ölkəmizi bu festivalda layiqincə təmsil ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.