Müəllimlər 5 il sonra yenidən sertifikasiyaya cəlb olunacaq

“Sertifikatlaşdırma prosesi davamlı olacaq”.

Etmtv.news xəbər verir ki, bu sözləri Təhsil İnstitutu İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Təhsil masası”nda deyib:
“Bu il sertifikatlaşdırmadan keçən müəllimlər 5 il sonra yenidən sertifikasiyaya cəlb olunacaq. Müəllimlər “Bir dəfə keçdim, sertifikatlaşdırma artıq bitdi” deyə düşünməməlidir. Müəllimlik davamlı inkişafı tələb edən bir peşədir. Sertifikatlaşdırmanın əsas məqsədi də budur. Qaydalar onu tələb edir ki, müəllimlər 3 dəfə sertifikatlaşdırma prosesinə cəlb olunmalıdır. 15 il ərzində prosesdən 3 dəfə uğurla keçən müəllim sertifikatlaşdırma prosesindən həmişəlik azad olunacaqlar”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.