Müəllim sertifikasiyada neçə dəfə iştirak edə bilər

Müəllimlərin sertifikatlaşdırılması prosesində əsas məqsəd ümumtəhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin yoxlanılmasıdır.

Bəs bir müəllim sertifikasiyada neçə dəfə iştirak edə bilər? Sertifikasiyadan neçə dəfə keçə bilməyən müəllimlərin əmək müqaviləsinə xitam veriləcək?

Qeyd edək ki, sosial şəbəkələrdə paylaşılan məlumatlara əsasən, ötən il  prosesi uğurla başa vura bilməyən müəllimlər üçün bu il yenidən şans yaradılacaq. Ən sonda bu dəfə də qeyri-məqbul nəticə əldə edənlərin əmək müqaviləsinə xitam veriləcək.

Etmtv.news  “azedu.az”a istinadla xəbər verir ki, Elm və Təhsil Nazirliyindən verilən məlamuta əsasən müəllimlərin sertifikasiyada iştirakı ilə bağlı qanunvericilikdə heç bir məhdudiyyət yoxdur. Müəllimlər istənilən qədər sertifikasiyada iştirak edə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.