Məktəbli dükanlarında satılan “avtomat” və “tapançalar”…

Oyuncaq silah-sursatların istehsal və satışının zaman-zaman bütün dünyada ciddi müzakirələrə səbəb olduğu, uşaqların bu kimi oyuncaqlarla oynamasının onların psixologiyasına mənfi mənada təsir göstərdiyi ilə bağlı bəzi mütəxəssislərin həyəcan təbili çaldığı  hər kəsə məlumdur.

ETMTV.news  Moderator.az -a istinadən xəbər verir ki, son vaxtlar məktəbli dükanlarında avtomat və tapança formasında istehsal olunan qələmlər satışa çıxarılıb. Maraqlı və qeyri-adi görünüşü səbəbi ilə məktəblilər bu “silah-sursat”a böyük maraq göstərir. Lakin bəzi valideynlər və psixoloqlar baş verənlərdən narahatdır. Onlar hesab edir ki, uşaqların erkən yaşlarında oyuncaq silahlara, yaxud məktəbli ləvazimatlarına meyl etməsi gələcəkdə onların psixologiyasına mənfi mənada təsir göstərə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.