Məktəb direktoruna 5 sual-Nəyi səhv, nəyi düz deyirik?!..

Müasir məktəblərdə təhsilin, təlim-tərbiyənin səmərəliliyin göstəriciləri kimi təhlükəsiz və dəstəkləyici mühit, aydın ifadə edilmiş və xüsusiləşdirilmiş missiya, məktəbə düzgün rəhbərlik, bütün şagirdlər üçün yüksək gözləntilər, şagird nailiyyətlərinin mütəmadi monitorinqi, məktəb, ev və ictimaiyyət arasında qarşılıqlı müsbət ünsiyyət nəzərdə tutulur.   

Bəs nümunəvi məktəb üçün hansı meyarlar önəmlidir? Müasir məktəblər bu meyarları hansı səviyyədə qoruyur və gələcəyə aparırlar?

Etmtv.news təhsil portal “Məktəb direktoruna 5 sual” başlıqlı yeni layihə üzərində işləyir. Suallar uzun müddət ərrzində təbliğini apardığımız orta təhsil ocaqlarının rəhbərlərinə göndəriləcəkdir.Məqsəd heç də onların işinin müsbət tərəflərini deyil, həmçinin mənfi tərəflərini öz dillərindən eşitməkdir. Onların verdikləri cavablar ümumiləşdirilərək, ictimaiyyətə təqdim olunacaqdır.

Layihənin ilk qonağı Gəncə şəhər 21 nömrəli tam orta məktəbin direktoru Vidadi Əliyevdir.

 -Vidadi müəllim, bu gün milli təhsilimizin keçmiş ənənələri necə davam etdirilir?Bu özünü hansı formada biruzə verir?

-Müasir təhsil təkcə bilik vermək üçün deyil, həm də onu hərtərəfli inkişaf etdirib həyata hazırlamaq üçündür. Müasir təhsilin məqsədi sərbəst düşüncəli, müasir dünyagörüşlü, vətənpərvər, həyat boyu lazım olan bilik, bacarıq və vərdişlərə yiyiələnən cəmiyyət,ailə və özü qarşısında məsuliyyətini dərk edən gənc nəsil yetişdirməkdir. Metod və üsullardakı yenilikləri qeyd etməklə digər sahələrdə, xüsusən dəyərlərin inkişaf  etdirilməsində milli ənənələr davam etdirilir.

-Məktəbiniz səmimiyyətlə “bu gün təhsilin, tədrisin qarşıya qoyduğu vəzifələrin öhdəsindən tam gəlirik!”- deyə bilərmi?

-Bu suala “bəli” cavabını verən, əlbəttə səmimi deyil. Daim yeni problemlərlə üzləşir, onun həlli yollarını müzakirə edir və aradan qaldırmağa çalışırıq. Cəmiyyət-valideyn-müəllim-şagird problemlərinin həlli son dərəcə mürəkkəb prosesdir. Amma nəticələrimizə əsasən deyə bilərik ki, öhdəsindən gələ bilərik.

 –Rəhbərlik etdiyiniz təhsil ocağında müəllim-şagird-valideyn münasibətləri hansı səviyyədə təşkil olunub? Və bu tədrisə, təhsilə və təlim-tərbiyəyə hansı dərəcədə təsir etməkdədir?

-Bu münasibətlər yüksək səviyyədə təşkil olunur. Təmasın daimiliyi valideynlərin maarifləndirilməsi və s. məktəbin fəaliyyinə müsbət təsir göstərir.

 -Təhsil və təlim-tərbiyənin prioritet istiqamətləri barədə. Bu aspektdə vətənpərvərlik və hərbi-vətənpərvərlik tərbiyəsi məktəbin işində hansı yeri tutmaqdadır?Məktəbin özü hansı nümunə ilə şagirdlərin təlim-tərbiyəsində rol oynamaqdadır?

-Təhsilin priotitet istiqaməti biliklərə yiyələnməklə bərabər onu tətbiq etməyi bacaran, sərbəst, sağlam düşüncəli, bacarıqlara yiyələnən nəsil tərbiyə etməkdir. Vətənpərvərlik və hərbi- vətənpərvərlik tərbiyəsi ən önəmli dəyərimizdir.

Məktəbimizdə keçirilən bütün tədbirlərdə şəhid və qazilərin iştirakı təşkil edilir, onlara xüsusi qayğı ilə yanaşırıq. Onlarla görüşlər keçirir, sıx əlaqə saxlayırıq. Tərbiyənin məqsədi tərbiyə olunana tam aydın və yaxın olduğu üçün prosesllərin təşkili yüksək səmərə verir. Hərbi- vətənpərvəlik tərbiyəsi şagirdlərin əxlaqı, mənəvi, ideya-siyasi tərbiyəsində, xarakterinin formalaşmasında mühüm rol oynayır. Nəzərdə tutulan işlərin daha effektli nəticələr əldə edilməsi üçün məktəbimizdə davamlı tədbirlər həyata keçirilir: tərtibatdan tutmuş təşkilati işlərə qədər.

Rəhbərlik etdiyiniz təhsil ocağında rüşvət halları mövcuddurmu? Dərs saatları nümunəvi müəllimlər arasında necə bölünür, şagirdlərin dərslərə davamiyyəti hansı səviyyədədir? Yoxsa, repetitor yanına getməyə daha çox meyllidirlər? Əgər belədirsə, bu davamiyyət dərs zamanı necə tənzimlənir? Belə hallar mövcuddurmu?

-Məktəbimizdə rüşvət halları mövcud deyil. Dərs saatları müəllimlərin topladığı ballara və fəaliyyətlərinə uyğun bölünür.  Şagirdlərin davamiyyəti qənaətbəxşdir. Repititor yanına məktəb vaxtı mövcud deyil. Repetitor yanına getmək məsələsi isə tamam fərqli amillərlə bağlıdır. Burada  mentalitetimiz, valideynlərin uşaqlarının ali təhsil ocaqlarına daxil olması arzusu və s. əsas rol oynayır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.