Karantin dövründə jurnalistlərin hərəkəti ilə bağlı açıqlama

“Jurnalistlər də şəhər və rayonlararası qoyulan qadağalara əməl etməlidirlər. Yəni rayonda olan jurnalist Bakıya gələ bilməz”.

Etmtv. news “Report”-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, ümumilikdə isə jurnalistlərin işinə heç bir maneə yoxdur.

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişevisə əlavə edib ki, ya xidməti vəsiqə, ya da arayış təqdim edilməlidir: “İkisinin bir arada olması mütləq deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.