İlham Əliyevlə Güclü Azərbaycan quruculuğu başlayır!

Öz ərazi bütövlüyünü və dövlət suverenliyini, Konstitusiya quruluşunu bütün ərazilərində bərpa etmiş Azərbaycan Respublikası tarixi Qələbənin siyasi zirvəsi olan 7 fevral Zəfərinin son akkordunu da tamamladı, fevralın 14-də Müzəffər Prezidentimiz İlham Əliyevin tarixi andiçmə mərasimi dövlətçilik tariximizdə yeni İmza kimi yazıldı.
 İnaqurasiya mərasimi dünya mediasının xüsusi diqqətində oldu və bu, bir daha Azərbaycanın Siyasi Liderinin ümüumdünya siyasətinin mərkəzində yer almasını təsdiqlədi.
Bu mərasim olduqca böyük ictimai-siyasi hadisə kimi yadda qalacaq. Azərbaycanın dövlətçilik tarixində ilk dəfə olaraq öz torpaqlarını azad etmiş və ərazilərini tamamilə bərpa etmiş Qalib Sərkərdə Ali Kürsüdə and içdi.
Azərbaycanın siyasi tarixində ilk dəfə olaraq ən müqəddəs amal olan torpaq bütövlüyünü təmin etmək Vədini yerinə yetirən Ali Lider öz Sözünün təsdiqinin hesabatını verdi.
Bu, andiçmə mərasimi əslində Cənab İlham Əliyevim “Sözüm İmzamdır” proqramının təntənəsi, Zəfər manifestinin Ali nümayişi idi.
İlham Əliyev dünya siyasi liderləri sırasında ictimai-siyasi keyfiyyətləri ilə diqqəti cəlb edən möhtəşəm və möhtərəm şəxsiyyətdir. O, dünya siyasətindəki köhnəlmiş ənənəvi qaydaları pozan, yeni sülhpərvər missiya, siaysi dialoq mühiti gətirən, təşəbbüskarlıq və humanizm missiyasını yayan və yol göstərən mükəmməl Liderdir.
 Bu baxımdan Azərbaycan xalqı xoşbəxt xalq, dövlətimiz isə sabit və dayanıqlı rifah ölkəsi sayıla bilər.
 Azərbaycan Prezident İlham Əliyevlə yeni davamlı uğurların və uzunömürlü xoşbəxt gələcəyin astanasına, tərəqqinin 5-cü mərhələsinə daxil olur.
Azərbaycan bu mərhələdə dünya siyasətində güclü və geridönməz qətiyyəti olan ölkə statusunda yer alır. Cənab Prezidentin andiçmə mərasimindəki çıxışında da xarici siyasət kursunun sərhədləri elan edilərkən əzmkar xarici siyasət və ədalətsiz, qərəzli mövqeyə qarşı barışmaz iradə nümayişi bəyan olundu.
Azərbaycan İkinci Qarabağ müharibəsi və antiterror tədbirləri ilə sarsılmaz hesab olunan elə bir daşları tərpətdi ki, bunu bizə bağışlamaq istəmirlər, bizdən əl çəkmək istəmirlər. Ona görə də, Azərbaycan Prezidentinin bundan sonra biz daha qətiyyətli və cəsarətli lider kimi mövqeyini görəcəyik.
Sərhədlərimizin möhkəmləndirilməsi, təxribatların dərhal qarşsıının alınması üçün yenilməz Ordumuzun gücü daha da möhkəmləndiriləcək.
Azad olunmuş ərazilərimizdə isə yeni quruculuq salnaməsi daha da böyüyəcək.
 Artıq Azərbaycan alnı açıq, üzü ağ, başı dik Yeni Dövrə daxil oldu. İlham Əliyevlə Güclü Azərbaycan quruculuğu başlayır.
Vaqif Abdullayev,
Siyasi elmlər doktoru, professor.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.