Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının üzvü, Qərb bölgəsi üzrə Qazi, İmamzadə ziyarətgahının imamı Hacı Tahir Abbasov sosial şəbəkələr vasitəsilə Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edib. Təbriki olduğu kimi diqqətinizə çatdırırıq:
Hörmətli Mehriban xanım!
Sizin doğum gününüz ölkəmizdə böyük sevgi və dərin ehtiramla qeyd olunur.
Bunun başlıca səbəbi Sizin xalqımızın qarşısında böyük xidmətlərinizin olmasıdır. Siz həm Heydər Əliyev Fondunun rəhbəri, həm də Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti olaraq ölkəmizin tərəqqisi, xalqımızın firəvanlığı və milli-mənəvi dəyərlərimizin qorunması yöndə çox böyük işlər görürsünüz.
Bundan əlavə, Sizin şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, kimsəsiz uşaqlara və s. göstərdiyiniz diqqət və qayğı da, daim göz önündədir. Bütün bunlar onu göstərir ki, Sizi həm xalqını, həm də dövlətini sevən bir şəxssiniz. Odur ki, Sizə fəaliyyətinizin bütün sahələrində daha böyük uğurlar, şəxsi həyatınızda əsl xoşbəxtlik və möhkəm cansağlığı arzu edirik. Uca Allah yardımçınız olsun!
Hörmətlə, Hacı Tahir Abbasov,
Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının üzvü, Qərb bölgəsi üzrə Qazi, İmamzadə ziyarətgahının imamı.